Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva ABŞ-dan Lavrova viza verilməsini tələb edib
Moskva ABŞ-dan Lavrova viza verilməsini tələb edib

Rəsmi Moskva Amerika tərəfindən Rusiya nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək üçün maneəsiz çıxışını təmin etməyi tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya-24” telekanalına məlumat verib.

“Əminliklə demək olar ki, biz Sergey Viktoroviç Lavrovu BMT Baş Assambleyasında görmək istərdik. Son illərdə Birləşmiş Ştatlar bizim üçün işgüzar səfərlərdə, o cümlədən BMT xəttində dəfələrlə çətinliklər yaradılır. Səfirlik artıq Ağ Evə, Dövlət Departamentinə BMT-nin mənzil-qərargahının ərazisində yerləşdiyi ölkənin öhdəliklərini yerinə yetirmək, nazirə və Rusiya nümayəndə heyətinin bütün üzvlərinə dərhal viza verilməsi tələbi ilə müraciət edib”, - deyə səfir bildirib.

“Biz BMT Baş Assambleyasının 77-ci sessiyasının iclasında iştirak edən Rusiyanın bütün nümayəndələrinin bu tədbirə maneəsiz daxil olmasını təmin etməkdə təkid etməyə davam edəcəyik. Sabah mənim Dövlət Departamentinə növbəti səfərim olacaq, burada əsas məsələlərdən biri kimi bu problemi - nazirimiz və nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək sentyabr hadisələrində tammiqyaslı, tam hüquqlu iştirakı problemini qaldırmaq niyyətindəyəm”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması ilə bağlı qərarından sonra dünyanın əksər dövlətləri eləcə də ABŞ bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər. Sanksiyalar siyahısına çox sayda dövlət və hökumət nümayəndələrinin adları daxil edilib. Siyahıya Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da adı var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »