Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidenti İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib
Prezidenti İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə yeni təyin olunmuş səfirləri qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, bu gün Azərbaycan Prezidenti Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin, Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın, Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin, Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin və Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnamələrini qəbul edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »