Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda Rusiya vətəndaşlarının ölkəyə girişini çətinləşdirməyi tələb edirlər
Gürcüstanda Rusiya vətəndaşlarının ölkəyə girişini çətinləşdirməyi tələb edirlər

Müharibə başlayandan sonra Rusiyanı yüzminlərlə vətəndaşı tərk etdi. Kremlin hərbi əməliyyat qərarı ilə razılaşmayanlarla yanaşı, maddi qazanc imkanlarının məhdudlaşmasını əsas gətirərək gedənlər oldu. Onlar daha çox Türkiyəyə, postsovet məkanının müxtəlif ölkələrinə üz tutdular. Gürcüstana da gedənlər çox oldu. İndi Qafqaz dövlətində buna etiraz var.

Bizimyol.info xəbər verir ki, Gürcüstanın qeyri-hökumət təşkilatları hökumətdən rusiyalılar üçün viza rejiminin tətbiq olunmasının tələb edir. Təxminən 20 təşkilat belə tələb irəli sürüb. Gürcüstan informasiya agentliklərinin yazdığına görə, burada milli təhlükəsizlik məsələsinin vacibliyi xüsusi qeyd olunub.

Müraciət müəllifləri ilin ilk yarısında Rusiyadan gələnlərin sayının kəskin artmasına görə narahatlıq ifadə edib. Fevraldan bəri ölkədə Rusiyaya bağlı 6 min şirkətin qeydiyyatdan keçib, il ərzində Gürcüstana ayaq basan rusiyalıların sayı 7 dəfə artıb. Qeyri-hokumət təşkilatları hesab edir ki, rusiyalılar ölkəni sanksiyalardan yan ötmək üçün meydança kimi istifadə edir.

Məsələnin başqa tərəfi də var. Gürcüstan Rusiya üzündən Abxaziya, Şimali Osetiya problemləri yaşayıb. Kremlin bu əraziləri işğal etdiyini demək olar. Gürcüstanda yeni iddiaların yaranma ehtimalına görə narahatdırlar. Ölkədə rusiyalıların sayının artması gələcəkdə Kremlin başqa hoqqalarına rəvac verə bilər. Müraciət müəllifləri Rusiyanın yenə torpaq iddiasına düşə biləcəyini dilə gətirirlər.

Avqustun əvvəlində “Lelo” müxalifət partiyası hökumət qarşısında rusiyalılar və beloruslar üçün viza rejiminin tətbiqi tələbini irəli sürmüşdü. “Manifest.ge” saytında petisiya yerləşdirilmişdi. Petisiyaya 20 minə yaxın gürcüstanlı imza atmışdı.

Müharibənin ilk 4 ayı ərzində Gürcüstana 300 mindən çox rusiyalı üz tutub. Bu əvvəlki ilin analoji dövrü ilə müqayisədə 355 faiz çoxdur. Həmin dönəmdə Gürcüstana gələn Rusiya vətəndaşların böyük əksəriyyəti geri qayıtmayıb.

Rusiya vətəndaşları ilə bağlı ən sərt tədbirlər planına Estoniya əl atır. Baltikyanı ölkə rusiyalılar üçün, demək olar, sərhədləri tam bağlayır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »