Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Ukraynaya gedib, Zelenski ilə görüşə Quterreş də qatılacaq
Türkiyə Prezidenti Ukraynaya gedib, Zelenski ilə görüşə Quterreş də qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya bir günlük işgüzar səfərə gedib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən ölkə mətbuatı məlumat verib.

Ankara Esenboğa hava limanından prezident təyyarəsi ilə yola düşən Ərdoğanın ukraynalı həmkarı Zelenski ilə Türkiyə-Ukrayna münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində dəyərləndirəcəyi gözlənilir.

Digər tərəfdən, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşlərində strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.

Səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmin fəaliyyəti artırılaraq, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

BMT-nin iki gün əvvəl verdiyi açıqlamada baş katib Quterreşin avqustun 18-də Ukraynanın Lvov şəhərində Zelenski və prezident Ərdoğanla görüşəcəyi və İstanbuldakı taxıl koordinasiya mərkəzinə baş çəkəcəyi bildirilib.

Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra Ukrayna taxılını Qara dəniz vasitəsilə ixrac edə bilməməsi dünya miqyasında böhran yaradıb.

Prezident Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterreş, milli müdafiə naziri Hulusi Akar, Rusiya müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun iştirakı ilə iyulun 22-də Dolmabağça ofisində imzalanan razılaşma ilə taxıl böhranı aradan qaldırılıb.

Prezident Ərdoğanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə İdarəsinin sözçüsü Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi Cumhurbaşkanı İsmayıl Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar müşayiət edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »