Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində buludları atəşə tuturlar.., "süni yağış" əməliyyatı həyata keçirilir
Çində buludları atəşə tuturlar.., "süni yağış" əməliyyatı həyata keçirilir

Çində isti dalğası 64 gündür davam edir və bu, 1961-ci ildən bəri qeydə alınan ən uzun müddətdir.

Avstraliyanın milli elmi-tədqiqat institutu CSIRO-nun tədqiqatçısı Cai Venju bildirib ki, hazırkı həddindən artıq istilər Sakit okeanın qərb hissəsindən Asiyanın çox hissəsini əhatə edən yüksək təzyiqin "xüsusi halından" qaynaqlanır.

Bizimyol.info “The Guardian”a istinadla xəbər verir ki, Sıchuan hövzəsində və mərkəzi Çinin böyük hissəsində isti hava kütləsi avqustun 26-na qədər davam edəcək.

“Sichuan Daily” qəzetinin verdiyi məlumata görə, elektrik enerjisindən istifadəni azaltmaq üçün dövlət idarələrindən havanın istiliyi 26C (79F)-dən yuxarı olmadığı təqdirdə, kondisionerlərdən istifadə etməmək və lift əvəzinə pilləkənlərdən istifadə etmək istənilib.

Yeni qərara görə, axşam saatlarında şəhələrdə fəvvarələr, işıq şouları və kommersiya fəaliyyətləri dayandırılacaq.

Ötən gün isə Hubei əyalətində yağışın yağması üçün buludlar kimyəvi gümüş yodidlə atəşə tutulub.

Çinin baş nazirinin müavini Han Zheng qeyd edir ki, Çin enerji yükünün idarə edilməsini təkmilləşdirmək və kömür enerjisi və bərpa olunan enerjinin birgə fəaliyyətini təşviq etmək üçün layihələri sürətləndirməlidir.

Hazırda Hubei əyalətinin Yichangin Zigui məhəlləsində quraqlığa qarşı mübarizə tədbirləri çərçivəsində süni yağış səpmə əməliyyatları həyata keçirilir.

Hidroenergetika Sıchuanın enerji tutumunun təxminən 80 faizini təşkil edir.

Yantszı və onun qollarında su axını azalıb. Temperatur 40C və ondan yuxarı qalxdığı üçün kondisionerə tələbat artıb.

Sinxua dövlət xəbər agentliyinə görə, Sichuanda orta yağıntı əvvəlki illərlə müqayisədə 51 faiz azdır.

Əsas çaylardan gələn su yarıya qədər azaldığı üçün bəzi su anbarları quruyub.

Yangtze çayı hövzəsindəki quraqlıq kənd əhalisi və mal-qara üçün içməli suya, eləcə də məhsulların böyüməsinə mənfi təsir göstərib.

Quraqlıqdan zərər çəkmiş ərazilərdə mal-qara müvəqqəti olaraq başqa yerə köçürülüb.

Çinin maliyyə nazirliyi bu həftə təbii fəlakətdən 300 milyon yuan (44 milyon dollar) zərər dəydiyini açıqlayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »