Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ cəmiyyəti yardımı artırmağı tələb edir: "Rusiya məğlub olmalıdır"
ABŞ cəmiyyəti yardımı artırmağı tələb edir: "Rusiya məğlub olmalıdır"

Amerikanın nüfuzlu milli təhlükəsizlik ekspertləri, hərbçiləri, diplomatları və keçmiş rəsmiləri ABŞ prezidenti Co Baydenə açıq məktub yazaraq Ukraynaya hərbi yardımı dərhal artırmağa çağırıblar.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, onların müraciətini “The Hill” nəşr edib.

Bəyanatın mətnində qeyd olunur ki, ABŞ prezidenti Co Baydenin administrasiyası ölkənin müttəfiqlərini Ukraynaya əhəmiyyətli həcmdə hərbi yardım göstərmək üçün uğurla toparlaya bilsə də, bunu artırmağa ehtiyac var. Ekspertlər ukraynalıların Rusiyaya qarşı müharibəsinin kulminasiya nöqtəsinə çatdığını və ABŞ-ın maraqları naminə Ukraynanı dəstəklədiyini qeyd edirlər.

Onlar qeyd edirlər ki, Kremlin imperialist müharibəsi təkcə soyqırım və ukraynalıları bir siyasi millət kimi məhv etməyə yönəlmiş hərəkətlər deyil. Eyni zamanda bu müharibə ABŞ-ın təhlükəsizliyi və rifahı üçün açıq təhdiddir. Buna görə də mütəxəssislər Baydeni çox gec olmadan Ukraynanı silahlandırmağa çağırırlar.

Məktubda qeyd edilib ki, Rusiya rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər ki, Rusiya Federasiyası Ukraynada qələbə çalsa, o zaman ABŞ-ın Baltikyanı və regiondakı digər müttəfiqləri risk altında olacaq.

"Doğru silah və iqtisadi dəstək ilə Ukrayna Rusiyanı məğlub etməlidir",- deyə bildirilib.

Onların fikrincə, Putinin məğlubiyyəti Ukraynanın müstəqil və iqtisadi cəhətdən güclü ölkə kimi dayandığı bir ssenari hesab oluna bilər.

Ən yaxşı variant Rusiyanın fevralın 24-dən zəbt etdiyi bütün əraziləri və 2014-cü ildə zəbt etdiyi torpaqları, o cümlədən Krımı qaytarmasıdır.

Bəyanatda qeyd edilir ki, Putin açıq-aşkar məğlubiyyətə uğradığını dərk etdiyi və artıq öz məqsədlərinə çata bilməyəcəyini anladığı zaman sülh mümkündür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »