Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın xəstəliyi barədə ekspertdən açıqlama
Kim Çen Inın xəstəliyi barədə ekspertdən açıqlama

Kim Çen Inın xəstəlikdən əziyyət çəkdiyini başındakı izlər hiss etdirir.

Şimali Koreya üzrə aparıcı ekspert Maykl Madden hesab edir ki, Kim Çen Inın “güclü adam obrazı” səhhətindəki problemlərə görə narkotik inyeksiyalarına əsaslana bilər. Avtoritar lider üçün güc obrazları vacibdir.

Bizimyol.info “The Mirror” nəşrinə istinadla xəbər verir ki, Şimali Koreya lideri keçən həftə başında böyük qara ləkə ilə görüntülənib. Əvvəllər onun başında belə izlər yox idi.

Şimali Koreyanın elita üzrə aparıcı eksperti Maykl Madden deyir ki, bu izlərin yaranması ilə bağlı bir neçə ehtimal var. Bu, iynələrin qəbulundan sonra yaranan göyərmə izləri də ola bilər.

"İşarələrin müxtəlif rəngləri var və müxtəlif yerlərdə görünür. Kim Çen Inın ən çox ehtimal olunan inyeksiya növü oynaq ağrılarını yüngülləşdirmək üçün antiinflamator steroidlərdən istifadə edə bilər”,- deyə o əlavə edib.

Ekspert həmçinin qeyd edib ki, bu iynələr Koreya liderinin güclü adam imicini qorumaq üçün də ola bilər.  Onun fikrincə, bunun narkotik asılılığı olması da mümkündür.

“Kim Çen Inın ictimai qrafikini yoxlasaq, o, əvvəlkindən daha az çıxış edir. Bu isə onun ciddi xəstəlikdən əziyyət çəkdiyini sübut edir. Əgər onun xroniki və ya müntəzəm oynaq ağrısı varsa və ya daha ağır bir xəstəliyi varsa, o, ofis və ya evdə bir müalicə kursu, daha sonra ictimaiyyət qarşısına çıxmaq üçün daha intensiv müalicə kursu ala bilər. Görünən odur ki, hələ o xəstəliyini ictimailəşdirmək istəmir”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »