Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya Şengen vizası olan rusları ölkəyə buraxmayacaq
Estoniya Şengen vizası olan rusları ölkəyə buraxmayacaq

Avqustun 18-dən Estoniya Rusiya vətəndaşlarına bu ölkə tərəfindən verilmiş Şengen vizası ilə icazə verməyi dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "ERR" məlumat verib.

Bu qadağa ilə bağlı qərar avqustun 11-də verilib. Hazırda 25 minə yaxın Rusiya vətəndaşının belə vizası var.

“Məhdudiyyətlər turizm məqsədi ilə səyahətə, idman, mədəni tədbirlərə səfərlərə və əyləncə məqsədi ilə Şengen bölgəsinə səfərlərə şamil edilir. Biz artıq belə insanları qəbul etmirik və belə insanları Estoniya sərhədlərindən ölkə ərazisinə buraxmayacağıq”, - deyə Polis və Sərhəd Mühafizə İdarəsinin direktor müavini Egert Beliçov bildirib.

Qohumlarına turist vizası ilə gələnlər: valideynləri, uşaqları və həyat yoldaşları Estoniyaya buraxılacaqlar. Bundan əlavə, dəfn mərasimləri kimi humanitar məqsədlər üçün ziyarətlər üçün istisnalar nəzərdə tutulub.

Avqustun 18-dən əvvəl gələnlər ölkədən çıxarılmayacaq, lakin Şengen zonasını tərk edərkən onların vizaları ləğv ediləcək.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Latviya Seymi Rusiyanı terrorizmin himayədarı kimi tanıyıb və Avropa İittifaqı ölkələrini rəsmi olaraq Rusiya Federasiyası və Belarus vətəndaşlarına vizaların verilməsini məhdudlaşdırmağa çağırıb.

Xatırladaq ki, daha əvvəl Estoniyanın baş naziri Rusiyadan Avropaya turizmi dayandırmağa çağırıb və qeyd edib ki, “Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır”.

Bundan əvvəl mətbut rəsmi dairələrə istinadən artıq Estoniyanın ruslara yaşamaq və ya təhsil almaq üçün müvəqqəti vizaların verilməsini qadağan etdiyini bildirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »