Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qaz hasilatı kəskin azalıb: "İş yerlərinin sayı azalır"
Rusiyada qaz hasilatı kəskin azalıb: "İş yerlərinin sayı azalır"

“Qazprom” yanvar-avqust aylarında rəsmi məlumatlara görə qaz hasilatını 13,2 faiz azaldıb.

Ötən ay bu rəqəm 10 faiz səviyyəsində idi. Qazın verilməsindən imtinaya görə onun hasilatını azaltmaq lazımdır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, energetika üzrə ekspert Vladimir Omelçenkonun fikrincə, bu templə Rusiya yaxın vaxtlarda öz quyularını su ilə doldurmalı olacaq.

“Bu, bütün sənayeyə ciddi ziyan vuracaq. İstehsalın həcmi azalır, ixrac azalır, büdcəyə daxilolmalar azalır, iş yerlərinin sayı azalır”,- deyə o əlavə edib.

Yanvar-avqust aylarında MDB-dən kənar ölkələrə ixrac 78,5 milyard kubmetr təşkil edib. Bu isə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz (44,6 mlrd. kubmetr) azdır.

Eyni zamanda, “Qazprom”un mətbuat xidməti bildirir ki, qışda mavi yanacağın qiyməti 4 min dollara qədər qalxa bilər. Ancaq Rusiya bundan pul qazana bilməyəcək. Burada söhbət spot bazardakı qiymətlərdən gedir.

Rusiya Federasiyası isə mavi yanacağın tədarükünü yalnız uzunmüddətli müqavilələr əsasında həyata keçirir.  Üstəlik, bu proqnozu informasiya müharibəsinin tərkib hissəsi hesab etmək olar.

Ekspert Maksim Belyavskinin fikrincə isə, “Qazprom” bütün lazımi məlumatlara malik olmadığı üçün proqnozlar verə bilmir. Bu cür qiymətləndirmələrin yeganə məqsədi qaz bazarının Avstriya-Almaniya seqmentinə təsir göstərməkdir.

“Rusiya qazının əsas hissəsini Avstriya və Almaniya istehlak edir. Qazın bahalaşacağı xəbərinin özü bazarı bahalaşmaya sövq edir”,- deyə o əlavə edib.

Ekspert həmçinin vurğulayıb ki, bazarın Fransa-Britaniya seqmenti Rusiya Federasiyasından gələn qazdan asılı deyil.

Ona görə də orada mavi yanacağın maya dəyəri Almaniyadan xeyli aşağıdır.

Vladimir Putin və Olaf Şolz arasında münasibətlər yaxşı olsa da, beynəlxalq ictimaiyyətin təzyiqi altında Almaniya da Rusiyaya qarşı sanksiyalara qoşulub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »