İqlim dəyişikliyi səbəbindən temperaturun rekord həddə çatdığı və su qıtlığının yarandığı Fransada yaşıllıq sahələrinin suvarılmasına qoyulan qadağa futbol meydançalarının qurumasına səbəb olub. Qadağaya görə bir çox matçlar ləğv oluna bilər ki, bu da şəhərin futbol klublarını çətin vəziyyətə salır.
Bizimyol.info xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Villeperdyu Qubernatorluğunun su qıtlığı səbəbindən yayın əvvəlindən tətbiq etdiyi futbol sahələrinin suvarılmasına qoyulan qadağa şəhərin futbol klublarına təsirini göstərir. Villeperdue Futbol Klubunun avqustun 28-də Fransa kubokunun ikinci mərhələsində mübarizə aparması bələdiyyə və klub rəhbərlərinin narahatlığını artırıb.
Şəhərin meri Frederik Dupey “Europe 1” radiosuna bildirib ki, problemi həll etmək üçün yollar axtarırlar: “Oyunu keçirmək üçün uyğun futbol meydançamız var, amma ot örtüyü tamamilə quruyub və saralıb. Futbolçuların zədələnməsinin qarşısını alan yumşaq ot təbəqəsi quruduqda, yumşaq örtüyün altındakı sərt torpaq qatı idmançıların ağır zədələr almasına səbəb ola bilər”, - deyə Dupey qeyd edib.
Dupey, bu halda sintetik çəmən təklifinin həyata keçirilə bilməyəcəyini və yeganə həll yolunun Qubernatorluq tərəfindən suvarma qadağasının aradan qaldırılması olduğunu ifadə edərək, qonşu şəhərlərdə sintetik ot örtüyü olan meydançaların olduğunu, ancaq klubun bu bu meydançalarda oynamağa həvəsli olmadığını ifadə edib.
Futbol azarkeşləri və klublar suvarma qadağası səbəbindən futbol meydançalarının yararsız olmasından narahatdırlar. Çünki ölkədə bir çox futbol matçlarının ləğv olunma riski ilə qarşılaşıb.
France 3-ün xəbərinə görə, La Vendee və Maine-et-Luara bölgələri üçün vəziyyət kritikdir, bu səbəbdən Sarthedə bir çox matç keçirilməsinin mümkün olmayacağı bildirilir. Digər tərəfdən, sintetik örtünün qiyməti 800 min - 1 milyon avro arasında olduğu üçün klublar bu variantın tətbiqinə tələsmirlər.
Bundan başqa, “varlıların idmanı” kimi görülən qolf üçün sahələrin suvarılmasında tolerant davranışlar ölkədə reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə bir çox istifadəçi qolf meydançalarının suvarılmasına icazə verilməsini tənqid edərək, Fransada suvarma qadağası səbəbindən fidanların quruduğunu bildirib.
İqlim dəyişikliyi səbəbindən rekord temperatur Fransada su qıtlığına səbəb olduğu üçün bir çox çay yatağı quruyub. Bir sıra suya qənaət tədbirləri həyata keçirilib, o cümlədən quraqlıq səbəbindən yaşıllıqların və bağların suvarılması qadağan edilib.
Qadir, Bizimyol.info