Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin gizli təyinatı - Rusiya Krımın təhlükəsizliyinə inamını itirir
Putinin gizli təyinatı - Rusiya Krımın təhlükəsizliyinə inamını itirir

İşğal olunmuş Krımda hərbi obyektlərinə son zərbələrdən sonra Rusiya rəhbərliyi yarımadanın təhlükəsizliyinə inamını itirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun  hesabatında deyilir.

Analitik mənbənin bildirdiyinə görə, avqustun 17-də vitse-admiral Viktor Sokolov Qara Dəniz Donanmasının komandiri postunda admiral İqor Osipovu əvəzləyib. Eyni zamanda, Rusiya işğalçı hakimiyyətin Sevastopolda yaratdığı yüksək “terror təhlükəsi”ndən istifadə edərək Sokolovun təyinatını gizli saxlamağa çalışıb.

“Ukraynanın (Ukrayna partizanları və Ukrayna Silahlı Qüvvələrinin) Rusiyanın Krımdakı hərbi obyektlərinə, o cümlədən Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahına qarşı son zərbələri çox güman ki, Rusiya qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirilməsinə və maddi-texniki təchizatın eləcə də rəhbərliyin tərkibini yenidən strukturlaşdırmasına ehtiyac yaradıb. Bunlar Krımdakı rus qoşun qrupuna dəyəcək növbəti zərbələrin nəticələrini yumşaltmaqdan ötrü tətbiq edilir”, - deyə analitiklər bildirib.

Bu kontekstdə ekspertlər Ukrayna kəşfiyyatının daha əvvəl Krımdakı cəbhəyə yaxın aerodromlarda yerləşdirilmiş onlarla Rusiya təyyarəsi və helikopterinin Krım yarımadasının daha dərin bölgələrinə köçürülməsini elan edən hesabatlarına istinad edirlər.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, avqustun 16-da Krımın Cankoyski rayonunun Azovskoye kəndindəki hərbi hissədə silah-sursat anbarında partlayış baş verib. Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov bildirib ki, işğalçılar partlayışların episentrindən 5 kilometr radiusda zonanı mühasirəyə alıb və dinc əhalini təxliyə ediblər.

Rusiya Federasiyasında hərbi hissədə sursat anbarında “yanğın” baş verdiyini söylədilər. Və sonra Rusiya tərəfi hadisəni təxribat elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »