Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Baş katibi Rusiya qoşunlarını ZAES ərazisindən çıxarmağa çağırıb
NATO Baş katibi Rusiya qoşunlarını ZAES ərazisindən çıxarmağa çağırıb

NATO Rusiya qoşunlarının Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) ərazisindən çıxarılmasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin oraya girişinin təmin edilməsinin tərəfdarıdır.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə günü Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz dərhal BAEA müfəttişlərinin stansiyaya buraxılmasını və Rusiya qoşunlarının çıxarılmasını təmin etməyə çağırırıq. Çünki AES ətrafındakı vəziyyət Ukrayna, qonşu ölkələr və beynəlxalq ictimaiyyət üçün ciddi risklər yaradır”, - o deyib.

Qeyd edək ki, Ukraynanın Zaporojye şəhərindəki eyniadlı AES hazırda Rusiya qoşunlarının nəzarətindədir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »