Dilin uyuşması (keyləşməsi) ölümcül bir xəstəliyin - insultun əlamətidir.
Bizimyol.info xəbər verir ki, osteopatik nevroloq Aleksandr Evdokimov danışıb. Onun sözlərinə görə, onlardan birincisi və ən təhlükəlisi kəllə-beyin sinirləri ilə bağlı problemlərdir. O, qeyd eidb ki, əgər xəstənin dili uyuşursa, bu, insultdan əvvəlki vəziyyətin, hətta insultun əlaməti ola bilər. Bu vəziyyətdə dərhal tibbi yardım axtarmaq lazımdır. Nevroloqun sözlərinə görə, uyuşmanın baş verməsinin başqa bir səbəbi müəyyən bir məhsula allergik reaksiyadır.
Aleksandr Evdokimov əl və ayaqların uyuşması barədə də danışıb. O, belə hisslərin “Guillain-Barre” sindromunun inkişafı fonunda baş verə biləcəyini izah edib. Nevroloqun sözlərinə görə, əzalar bir neçə səbəbdən uyuşa bilər və bunlardan birincisi qan azlığıdır. Evdokimov vurğulayıb ki, dəmir çatışmazlığı səbəbindən qollar, ayaqlar və bədən uyuşa bilər.
Həkimin sözlərinə görə, oxşar hisslər sinir liflərinin zədələnməsi fonunda və ya onlar sıxıldıqda, məsələn, yırtıq zamanı baş verə bilər. Bu vəziyyətdə digər simptomlar immobilizasiya və ağrı müşahidə edilə bilər.
Evdokimov bildirib ki, uyuşma həm də ürək-damar sistemində problemlər və ya otoimmün xəstəliyinin meydana gəlməsinin əlaməti ola bilər. Xəstəlik vaxtında müəyyən edilməsə, əlilliklə nəticələnə bilər.
“Əzaların uyuşması xəstəlik əlaməti olduğu üçün ilk növbədə terapevt və ya nevropatoloqa müraciət edilməlidir. İlkin müayinədən sonra həkim xəstə haqqında qərar verə bilər. Amma əllərin-ayaqların uyuşması, dilin uyuşması zamanı mütləq həkimə getmək önəmlidir”,- deyə həkim qeyd edib.
İlahin, Bizimyol.info