Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA Çempionlar Liqası oyunlarının biletlərini baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası oyunlarının biletlərini baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

DİN qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırır ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu gün Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və "Viktoriya" (Plzen) klubları qarşılaşacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »