Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Mərkəzi Asiyadan muzdlular cəlb edir: Çeçenistanda qəzəb artır
Rusiya Mərkəzi Asiyadan muzdlular cəlb edir: Çeçenistanda qəzəb artır

Rusiya Moskva vilayətində Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarını Rusiya Silahlı Qüvvələri sıralarına cəlb edir.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb. Xəbərdə bildirilir ki, eyni zamanda, Çeçenistanda müsəlmanların xristian xalqlar arasında gedən müharibədə iştirakına görə qəzəb artır.

Məlumata görə, kəşfiyyat rəsmiləri bildirirlər ki, Ukraynada müharibəyə getmək istəyən Rusiya vətəndaşlarının sayı getdikcə azaldığından Rusiya komandanlığı daha çox əcnəbiləri Rusiya Silahlı Qüvvələrinə cəlb etməyə çalışırlar. Bu səbəbdən də Moskva vilayətində hərbi komissarlıqların və polis idarələrinin əməkdaşlarına Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları ilə “təşviqat kampaniyası aparmaq” tapşırılıb.

“Müqavilə bağlamağa və Ukraynaya getməyə razı olanlara maddi stimuldan əlavə, Rusiya vətəndaşlığını almaq da təklif olunur”,- deyə məlumatda bildirilir.

Eyni zamanda, Çeçenistanda Ukraynaya döyüşə göndəriləcək 4 batalyonun formalaşdırılması və təlimi davam edir. Kəşfiyyatçıların dediyinə görə, yaradılmış batalyonlardakı “könüllülərin” əhəmiyyətli hissəsi Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən oğurlanmış, əsasən kənd yerlərindən olan yerli gənclərdir. Onlar qondarma ittihamlarla və ya işgəncələrlə cinayət təqibi təhlükəsi altında Ukraynada müharibədə iştirak etmək üçün müqavilələr bağlamağa məcbur olurlar.

"Moskvanın xoşuna gəlmək, Ukraynada döyüşən könüllü hərbi hissələrin doldurulması üçün adamların oğurlanması Çeçenistan sakinləri arasında narazılıq dalğaları yaradır. Respublika vətəndaşları Ramzan Kadırovun müsəlmanları xarici müharibədə iştirak etmək və ölmək üçün göndərməsindən hiddətlənirlər. Onlar Kadırovun bu siyasətini müsəlmanlara xəyanət kimi qəbul edirlər”,- deyə GUR-un bəyanatında deyilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »