Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ silahları ilə Krımdakı işğalçıları vurmağa tam hüququmuz var"
"ABŞ silahları ilə Krımdakı işğalçıları vurmağa tam hüququmuz var"

ABŞ və tərəfdaşları tərəfindən Ukraynaya verilən silahlar Rusiya ərazisində istifadə edilə bilməz, lakin bu, müvəqqəti işğal olunmuş Krıma aid deyil.

Bizimyol.info xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib.

"Bizim ABŞ-la müqavilələrimiz var ki, ABŞ və tərəfdaşları tərəfindən bizə verilən silahlardan Rusiya Federasiyasının ərazisində istifadə etməyəcəyik. Amma əgər bu gün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin işğaldan azad edilməsindən danışırıqsa, onda biz Rusiya Federasiyasının ərazisinə daxil olmuruq. Düşmən harada yerləşirsə oraya zərbə vura bilərik, buna uyğun olaraq bizim belə məhdudiyyətimiz yoxdur. Çünki bu bizim dövlətin işğal edilmiş ərazisidir. Sərhədlərimiz daxilində istənilən işğalçı qüvvəyə qarşı bu silahlardan istifadə etməkdə tam hüquqluyuq və bunu bütün qaydalar çərçivəsində edirik”,- deyə Reznikov bildirib.

Ukrayna mətbuatı daha əvvəl xəbər verdiyi kimi, Almaniya kansleri Olaf Şolz Krımda Qərb silahlarının tətbiqi ilə bağlı sualı cavablandırarkən, Avropa və ABŞ-ın Ukraynanın bütövlüyü, suverenliyini dəstəklədiyini vurğulayıb.

Aleksey Reznikov Aleksey Reznikov

Müharibənin Tədqiqi İnstitutunun ekspertlərinin qeyd etdiyi kimi, belə görünür ki, Ukrayna Krımda düşmənin hərbi obyektlərinə son hücumlar zamanı Qərb tərəfdaşlarının silahlarından istifadə etməyib. Bununla belə, onlar vurğulayıblar ki, bu, ABŞ və Qərblə Rusiya ərazisində bu silahlardan istifadə olunmaması ilə bağlı razılaşmalara zidd olmayacaq. MTİ ekspertləri bildirir ki, nə Avropa İttifaqı ölkələri, nə də ABŞ Krımı Rusiya ərazisi hesab etmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »