Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In Cənubi Koreyanın “cəsarətli planını” qəbul etmir
Kim Çen In Cənubi Koreyanın “cəsarətli planını” qəbul etmir

Pxenyan çərşənbə günü sınaq çərçivəsində Sarı dənizə doğru iki qanadlı raket buraxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən "Yonhap" agentliyi məlumat yayıb.

"Biz qeydə almışıq ki, bu gün səhər saatlarında Şimali Koreya Pyonqannamdo əyalətindən Sarı dənizə doğru iki qanadlı raket atıb", - deyə Cənubi Koreya ordusunun sözçüsü bildirib.

Agentliyin məlumatına görə, qanadlı raketin buraxılışı yanvar ayından bəri ilk dəfə baş verib. İyunun 5-də ballistik raket sınaqdan keçirilib. Cənubi Koreya və ABŞ hərbçiləri çərşənbə axşamı ilkin təlimlərə, ardınca "Ulçi Azadlıq Qalxanı" manevrlərinə başlayıblar. Həmçinin çərşənbə günü Koreya Respublikasının Prezidenti Yoon Seok-Yeol səlahiyyətlərinin ilk yüz gününə həsr olunmuş mətbuat konfransı keçirib.

Bazar ertəsi Koreya yarımadasının Yapon idarəçiliyindən azad edilməsinin ildönümü münasibətilə Yoon Seok-Yeol Seulun nüvəsizləşdirmə müqabilində Pxenyana iqtisadi yardım təklif etdiyi “cəsarətli planının” təfərrüatlarını açıqlayıb. Çərşənbə günü mətbuat konfransında Yoon Seok Yeol təklifini bir daha təkrarlayıb.

"Yonhap" agentliyinin məlumatına görə, qanadlı raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deyil.

Şimali Koreyanın bu davranışı həm də Yoon Seok-Yeolun iqtisadi yardım təklifi olan “cəsarətli planının” rədd edilməsi kimi qəbul edilə bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »