Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahmud Abbas İsraili “xolokost” törətməkdə ittiham edib
Mahmud Abbas İsraili “xolokost” törətməkdə ittiham edib

Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas çərşənbə axşamı Almaniya kansleri Olaf Şolz ilə Berlində keçirdiyi birgə mətbuat konfransında İsraili illər ərzində fələstinlilərə qarşı “xolokost” törətməkdə ittiham etməsi Almaniyada şok yaratdı.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

Abbasın çıxışı zamanı Şolz bu bəyanatı şərh etmək istəməyib. Almaniya kansleri daha sonra bildirib ki, bu terminin belə kontekstdə istifadə edilməsi “dözülməzdir”.

Hadisəyə reaksiya verən İsrailin baş naziri Yair Lapid Abbasın şərhlərini "mənəvi parodiya" və "dəhşətli təhrif" adlandırıb.

Abbas bu açıqlamanı Olaf Şolzla Yaxın Şərq məsələlərinə dair görüşdən sora verib.

İsrailin prezident aparatının rəhbəri yarım əsr əvvəl Münhen qırğınının qarşıdan gələn ildönümü ilə bağlı müxbirin sualını cavablandırırkən deyib ki, 1972-ci il sentyabrın 5-də Fələstin silahlı qruplaşmasının üzvlərinin Olimpiya kəndində girov götürməsi nəticəsində 11 israilli idmançı və bir alman polis həlak olub. Həmin vaxt qrup Abbasın Fəth partiyası ilə əlaqəli idi.

“Fələstin lideri kimi bu hadisənin 50 illik yubileyi ərəfəsində hücuma görə İsrail və Almaniyadan üzr istəməyi planlaşdırırmı?” sualına Abbas bunun əvəzinə “İsrailin 1947-ci ildən bəri törətdiyi vəhşiliklərdən” danışıb.

“Keçmişi xatırlamaq istəsək, o zaman İsrailin törətdiyi 50 qətldən danışa bilərəm... 50 qətl, 50 soyqırım. Bizim itkilərimiz və xalqımıza yaşadılan faciələr daha böyül miqyasdadır”, - deyə o suala qəti cavab verməkdən yayınıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »