Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyalı nazirdən Türkiyə əleyhinə bəyanat
Suriyalı nazirdən Türkiyə əleyhinə bəyanat

Türkiyənin Suriyada hərbi əməliyyat təşkil etmək planları beynəlxalq ictimaiyyətdə gündəmdən düşmür. Suriya prezidenti Bəşər Əsədin ən etibarlı adamlarından biri olan müdafiə naziri Əli Mahmud Abbas növbəti dəfə açıqlama verib.

Bizimyol.info xəbər verir ki, aprel ayında vəzifəyə təyin olunan Abbas Rusiyanın paytaxtı Moskvada keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edib.

Abbas Dəməşq rəhbərliyinin Türkiyə əleyhinə açıqlamalarına davam edib: “Biz vurğulayırıq ki, ABŞ və Türkiyə Suriyanın bəzi bölgələrində mövcudluğuna son qoymalıdır. Əgər onlar geri çəkilsələr, hökumət də bu bölgəyə nəzarətini təkmilləşdirə və talanlara məruz qalan öz milli resurslarımıza sərmayə qoya bilər”.

Digər tərəfdən Abbas "Suriyanın qapıları dost gələnlərə hər zaman açıqdır" şərhini də verib.

Bundan əlavə Türkiyəni hədəfə alan Abbas “Təcavüz və dağıntı ilə torpaqlarımızı, tariximizi, gələcəyimizi hədəfə alan ölkələrə deyə bilərəm ki, onlar qarşılarında özünü ölkələrinin şərəf və ləyaqəti üçün fəda edəcək insanları görəcəklər”,- deyə sonda bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »