Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada rusların ölkəyə girişi məhdudlaşdırılır
Latviyada rusların ölkəyə girişi məhdudlaşdırılır

Latviya hakimiyyəti indiyədək ruslar üçün yaşayış icazələrinin uzadılmaması və Şengen vizalarına girişin məhdudlaşdırılması ilə bağlı qeyri-rəsmi qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Latviyanın baş naziri Krisyanis Karins özünün “Twitter” səhifəsində yazıb.

"Biz konseptual olaraq Rusiya Federasiyası vətəndaşları üçün yaşayış icazəsinin müddətini uzatmamaq və Şengen vizalarına girişi məhdudlaşdırmaq barədə razılığa gəldik. Daxili İşlər Nazirliyindən qanun layihəsini gözləyirik və hesab edirik ki, sənəd yaxın günlərdə hazır olacaq", - deyə hökumət başçısı qeyd edib.

Delfi portalının bazar günü verdiyi məlumata görə, Latviya prezidenti Egils Levits ruslara əvvəllər verilmiş vizaların və yaşayış icazələrinin etibarlılığını yoxlamağı təklif edib. Onun fikrincə, bundan sonra Rusiya vətəndaşlığını almağa qərar verən Latviyanın daimi sakinlərinə yaşayış icazəsi verilməməlidir.

Avqustun 5-də Latviyanın Moskvadakı səfirliyi rusiyalıların viza ərizələrinin qəbulunu qeyri-müəyyən müddətə dayandırıb. Avropa ölkələri Rusiya vətəndaşlarına turist və hətta təhsil vizalarının verilməsini qadağan etmək imkanlarını araşdırır. Təşəbbüs artıq Baltikyanı ölkələr tərəfindən dəstəklənib, lakin yekun qərarı Avropa Birliyi verməli olacaq.

Xüsusilə, Latviya Seymi Rusiyanı terrorizmi himayə edən ölkə adlandırıb və öz vətəndaşlarına qarşı məhdudiyyətlərin tətbiqinə təşəbbüs göstərib, Estoniya isə respublikanın verdiyi Şengen vizası ilə rusları öz ərazisinə buraxmağı dayandırıb. Bu günə qədər ruslara turist vizalarının verilməsi Belçika, Malta, Danimarka, Latviya, Litva, Hollandiya, Slovakiya, Çexiya və Estoniya tərəfindən məhdudlaşdırılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »