Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron və Zelenski Kiyevə maliyyə yardımını müzakirə ediblər
Makron və Zelenski Kiyevə maliyyə yardımını müzakirə ediblər

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makronla telefonla Zaporojye atom elektrik stansiyasındakı vəziyyəti və Kiyevə maliyyə yardımı göstərilməsini müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

“Mən Emmanuel Makronla dialoqumu davam etdirdim. Biz Ukraynaya makromaliyyə yardımının gücləndirilməsini və ərzaq təhlükəsizliyi sahəsində problemləri müzakirə etdik”, – Zelenski Twitter-də yazıb.

O, əhəmiyyətli müdafiə dəstəyinə görə Fransaya təşəkkür edib.

Ukrayna prezidenti Makrona hərbi əməliyyatların gedişi və Zaporojya AES-dəki vəziyyət barədə məlumat verib. Çərşənbə axşamı Yelisey sarayı iki ölkə liderləri arasında söhbətin bir saat 20 dəqiqə davam etdiyini bildirib.

Makronun Zelenski ilə əvvəlki söhbəti avqustun 1-də baş tutub. Tərəflər taxıl ixracı, Kiyevə maliyyə və hərbi yardımın göstərilməsi məsələlərini müzakirə ediblər. Daha sonra Zelenski bildirib ki, o, Makrondan Avropa ölkələrindən makro-maliyyə yardımını artırmağa kömək etməsini istəyib. Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkvinin sözlərinə görə, Kiyevə makromaliyyə yardımı Almaniya tərəfindən əngəllənib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »