Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsində nüvə hücumlarından xilas olmaq üçün ən uyğun iki yer...
Yer kürəsində nüvə hücumlarından xilas olmaq üçün ən uyğun iki yer...

Rusiyanın Ukraynaya təcavüzü və Şimali Koreya lideri Kim Çen Inın açıqlamalarından sonra bütün dünyada nüvə müharibəsi qorxusu yaranıb və elm adamlarından diqqətçəkən açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı Rutgers Universitetinin alimləri mümkün nüvə müharibəsindən sağ çıxmaq şansının ən yüksək olduğu yerləri açıqlayıb.

Alimlər Argentina və Avstraliyanın Rusiya və ABŞ arasında mümkün nüvə müharibəsindən xilas olmaq üçün ən uyğun yerlər olduğunu açıqlayıblar. Mütəxəssislər izah ediblər ki, İngiltərə və ya Avropa ölkələrində qalan insanların aclıqdan ölmə şansı 90 faizdir.

ABŞ-da yerləşən Nature Food jurnalında nəşr olunan və kompüter simulyasiyalarına əsaslanan araşdırma, həmçinin 100 nüvə bombasının iştirak etdiyi genişmiqyaslı münaqişədən sonra dünyada beş milyarddan çox insanın aclıqdan öləcəyini ortaya qoyub. Nature Food elmi jurnalında dərc edilən araşdırmada nüvə müharibəsinin səbəb olduğu tüstü, qalıq və hisin günəş işığının qarşısını ala biləcəyi və milyardlarla insanın ölümünə səbəb ola biləcəyi ifadə edilib.

Zaman-zaman gərginliyin yaşandığı Hindistan-Pakistan xəttində baş verə biləcək müharibənin 5 ildə qida istehsalını 7 faiz azaldacağı da qeyd edilib. Digər tərəfdən, ABŞ-Rusiya müharibəsində hasilatın 3-4 il arasında 90 faiz azalacağı bildirilib.

Tədqiqat aparan və xüsusi modelləşdirmə sistemindən istifadə edən Rutgers Universitetinin Ətraf Mühit Elmləri İnstitutunun professoru Alan Robok bildirib ki, "bu məlumatlardan çıxış edərək biz hər hansı bir nüvə müharibəsinin qarşısını mütləq almalıyıq”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »