Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran şirkəti avtomobil istehsalı üçün Rusiyadan detallar almaq istəyir
İran şirkəti avtomobil istehsalı üçün Rusiyadan detallar almaq istəyir

SAIPA İranda birinci nəsil Renault Logan istehsalını bərpa etmək üçün Rusiya mühərrikləri və komponentləri almaq istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə avqustun 16-da Drom.ru portalı məlumat yayıb.

Portal qeyd edib ki, İranın ikinci ən böyük avtomobil istehsalçısı olan SAIPA birinci nəsil Renault Logan avtomobillərinin istehsalını bərpa etmək üçün Rusiyadan mühərriklər və komponentlər almaq imkanını nəzərdən keçirir.

Logan-ın İran versiyası - Renault Tondar L90 - 2007-2019-cu illərdə istehsal edilib.

Portalın məlumatına görə, avtomobilin yığılması 2018-ci ildə ABŞ-ın İrana qarşı sanksiya rejiminin sərtləşdirilməsi səbəbindən dayanmağa məcbur olub.

İkinci dərəcəli sanksiyalardan qorxan Renault birtərəfli qaydada SAIPA ilə layihədən geri çəkilib.

2020-ci ildən SAIPA bu avtomobil əsasında idxalı əvəz edən versiya yaratmağa çalışıb və onu P90 adlandırıb, lakin onlar hələ də bir sıra detallarda boşluqlara malikdirlər, ona görə də seriyada P90-ı işə sala bilmirlər.

Çox güman ki, SAIPA çatışmayan hissələri Rusiyada almaq niyyətindədir.

Drom.ru portalının istinad etdiyi “Khodro Bank” nəşrinin məlumatına görə, P90-ın İran versiyası hazırda VAZ-11182 (1,6 l, 90 at gücü), VAZ-21129 (1,6 l, 106 at gücü) və hətta VAZ-21179 (1,8 l, 122 at gücü) benzin mühərriklərinin istifadəsini nəzərdən keçirir.

Bir müddət öncə bildirilmişdi ki, 2022-ci il avqustun əvvəlində ruslar ən çox Lada Granta ailəsinin avtomobillərini alır. Onlar təkcə bir ay ərazində 2411 avtomobil alıblar. İkinci yeri Lada Vesta (439 ədəd) tutur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »