Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonlarla insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir
Milyonlarla insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir

Afrika, Asiya və Yaxın Şərqdə yemək uğrunda milyonlarla insan mübarizə aparır.

Qlobal aclığa son qoymaq üçün çalışan beyin mərkəzi olan Şamba Mərkəzinin icraçı direktoru Carin Smaller deyir ki, 15 ildən artıqdır, bu sahədə çalışır və bu böhran gördüyü ən pis böhrandır.

Bizimyol.info xəbər verir ki, “Ceres 2030” layihəsinin hesabatına görə, ərzaq təhlükəsizliyi xərclərində illik 14 milyard avro çatışmazlıq aclığın daha da kritik səviyyəyə çatacağına işarədir.

Nəşr qeyd edir ki, Moskvanın Avropanın “çörək səbəti”ndəki müharibəsi qlobal ərzaq bazarlarını ciddi şəkildə sarsıdaraq Yəmən kimi ölkələrdə ərzaq rasionunu azaltmağa məcbur edib.

Eyni zamanda quraqlıq Afrikanı bürüyüb və növbəti altı ay ərzində Keniya, Efiopiya və Somalidə təxminən 26 milyon insanı qida çatışmazlığı ilə üz-üzə qoyub. Artıq 7 milyondan çox mal-qara məhv edilib. Bütövlükdə Şərqi Afrikada 50 milyona yaxın insan kəskin qida çatışmazlığı ilə üzləşir.

Rusiya və Ukrayna buğdasının böyük idxalçısı olan Livanda real ərzaq inflyasiyası 122 faiz səviyyəsindədir. Dünya Bankının məlumatına görə, demək olar ki, bütün aşağı və orta gəlirli ölkələrdə daxili ərzaq qiymətlərinin inflyasiyası yüksəkdir.

Bu isə, o deməkdir ki, hətta qıtlıq olmayan yerlərdə belə insanların ərzaq almaq imkanı çətinləşir.

İnsanlar Perudan Burundiyə qədər hər yerdə əsas ehtiyaclar üçün daha çox pul ödəyirlər.

Ən çox təsirlənən ölkələr Efiopiya, Nigeriya, Cənubi Sudan, Əfqanıstan, Somali və Yəməndir ki, burada 750.000 nəfər aclıq və ölümlə üz-üzədir.

Onlardan 400.000-i təkcə Efiopiyanın davam edən vətəndaş müharibəsinin olduğu Tiqray bölgəsindədir.

Ukraynanın Qara dəniz limanlarından ərzaq ixracına yenidən başlaması bazarları bir qədər rahatlaşdırıb. İyun-iyul ayları arasında buğdanın qiymətləri 14,5 faiz ucuzlaşıb və bu, Ukrayna siloslarında saxlanılan təxminən 20 milyon ton taxılın ixrac edilməsi perspektivindən irəli gəlir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »