Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşdini müdafiə edən xanım yazıçı da ölümlə hədələndi - Foto
Rüşdini müdafiə edən xanım yazıçı da ölümlə hədələndi - Foto

ABŞ-ın Nyu-York şəhərində keçirilən tədbir zamanı bıçaqlanan yazar Salman Rüşdiyə dəstək verən, Harri Potter kitabları ilə məşhur olan Coanna Roulinqin də təhdidlərə məruz qaldığı bildirilib.

Bizimyol.info xəbər verir ki, 1988-ci ildə nəşr etdirdiyi "Şeytan ayələri" kitabı ilə İslam dünyasının böyük reaksiyasına səbəb olan Salman Rüşdiyə İran hakimiyyətinin verdiyi ölüm fətvasından illər sonra olunan hücum dünyada böyük səs-küyə səbəb olub.

Rüşdiyə hücuma reaksiya verən tanınmış adlardan biri də britaniyalı yazıçı Coanna Roulinq olub. “Cümə günü dəhşətli xəbər gəldi. Bu xəbərdən sonra özümü çox pis hiss edirəm. Ümid edirəm ki, o, yaxşılaşacaq”,- deyə Roulinq öz Tvitter hesabında yazıb.

Onun bu paylaşımının şərh bölməsinə isə Meer Asif Aziz adlı istifadəçi “narahat olmayın, növbədə sizsiniz” deyə cavab verib. Roulinq bu təhlükənin ekran görüntüsünü paylaşaraq polisin hərəkətə keçdiyini açıqlayıb.

Onu da əlavə edək ki, araşdırma zamanı həmin hesabda Nyu-Yorkda bıçaqla hücumu təşkil edən 24 yaşlı Hadi Matarı tərifləyən mesajların yazıldığı aşkarlanıb.

Qeyd edək ki, Salman Rüşdiyə bıçaqla hücumdan sonra şübhə altına düşən İran ilk rəsmi bəyanatında hücumla əlaqəsini qəti şəkildə inkar etdiyini bildirib.

Coanna Roulinq Coanna Roulinq

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani deyib: "Bu hücumda Salman Rüşdi və onun tərəfdarlarından başqa heç kimin günahlandırıla və hətta qınana biləcəyini düşünmürük".

Amerikanın “Vice” xəbər saytı isə hücum edən Hadi Matarın hadisədən əvvəl İran İnqilab Keşikçiləri Qüds Qüvvələri ilə əlaqə saxladığını iddia edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »