Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrika meymun çiçəyi peyvəndini ala bilmir
Afrika meymun çiçəyi peyvəndini ala bilmir

Meymun çiçəyi peyvəndi uğrunda mübarizədə Avropa Birliyi və ABŞ yenidən Afrikanı geridə qoyub.

Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyindən qorunmaq üçün təsdiqlənmiş yeganə peyvəndin təxminən 16 milyon dozasının, əsasən, toplu formada olduğu bildirir. Peyvənd afrikalılara paylanmır.

Bizimyol.info Politico məşrinə istinadla xəbər verir ki,  ilin əvvəlindən bəri on minlərlə meymun çiçəyinə yoluxma hadisəsinin əksəriyyəti Afrikadan kənarda qeydə alınıb.

Lakin ölümlərin əksəriyyəti qitədə olub. Bildirilir ki,  bu il Afrika ölkələrində 104 nəfər meymun çiçəyi xəstəliyindən ölüb. Afrikadan kənarda isə yalnız bir neçə ölüm baş verib.

Avropalılar meymun çiçəyinə qarşı peyvənd axtarışında sərhədləri aşarkən, meymun çiçəyinin endemik olduğu Nigeriya və Konqo Demokratik Respublikası kimi Afrika ölkələrində yaşayan insanlar üçün belə bir imkan yoxdur.

Afrika rəsmisi  Əhməd Oqvell Ouma bildirir ki, bu günə qədər meymun çiçəyi üçün Afrika olaraq heç bir peyvənd alınmayıb.

“Meymun çiçəyi peyvəndini sınamaq və əldə etmək üçün dünya üzrə müvafiq qurumlar və tərəfdaşlarımızla əlaqə saxlamağa davam edirik, amma hələ peyvənd ala bilməmişik",- deyə o bildirib.

Xatırladaq ki,  meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda müəyyən edilib və o vaxtdan Mərkəzi Afrika Respublikası, Benin və Nigeriya da daxil olmaqla bir sıra Afrika ölkələrində yayılıb və endemik hal alıb.

“Bu sağlamlıq bərabərsizlikləri yeni bir şey deyil. Biz bunu nəsillər boyu, xüsusən də HİV müalicəsinə çıxışla bağlı görmüşük və biz bunu COVID ilə bağlı da görmüşük”,- deyə  Britaniya xeyriyyə təşkilatı NAM-ın icma əlaqəsi və üzvlük meneceri Syuzan Koul bildirib.

ÜST-nin regionlar üzrə təsdiqlənmiş hallarla bağlı rəqəmləri göstərir ki, Avropa 18,000-dən çox, Amerika qitəsi isə 13,000-ə yaxın meymun çiçəyi xəstəliyinə yoluxma faktı qeydə alınıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »