Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İtaliyanın mənə ehtiyacı var" - Romanın "əfsanə"si geri dönür
"İtaliyanın mənə ehtiyacı var" - Romanın "əfsanə"si geri dönür

Milyarder əmlak maqnatı, media maqnatı və İtaliyanın üç dəfə baş naziri olan Silvio Berluskoninin karyerası artıq onillikləri əhatə edib.

Bizimyol.info Politico nəşrinə istinadla bildirir ki, son illərdə onun profili xeyli gücdən düşüb .

Xəstə olduğu üçün, tez-tez video bağlantı vasitəsilə partiya tədbirlərində görünürdü. Ancaq vergi fırıldaqçılığına görə məhkum olunduqdan sonra dörd il müddətinə İtaliyada dövlət vəzifəsində işləmək ona  qadağan edildi.

İndi onun 85 yaşı var. Və Berliskoni yenidən seçkilərə qatılmağı düşünür. Sentyabrın 25-də keçiriləcək seçkilər möcüzədir. Çox güman ki, Berluskoni seçkilərdə qalib olacaq. Və bu onu növbəti beş il ərzində nüfuz sahibi edəcək.

"Valideynlərim mənə öyrədib ki,  mən nəyisə dəyişmək istəyirəmsə , bunu etmək üçün cəsarət tapmalıyam",- deyə Berliskoni qeyd edib.

Xatırladaq ki, iyirmi il ərzində İtaliya siyasətində və mediasında hökmranlıq etməsinə baxmayaraq, hamı Berluskoninin siyasi karyerasının arxada qaldığını düşünürdü.

2011-ci ildə artan milli borc böhranı və İtaliyanı defolt edə biləcəyi qorxusu onu hakimiyyəti texnokrat Mario Montiyə verməyə məcbur etdi.

O, 2013-cü ildə vergi fırıldaqçılığına görə məhkum olunduqdan sonra senatdan xaric edilməzdən əvvəl çoxsaylı təqiblərlə üzləşdi.

O, 2019-cu ildə Avropa Parlamentinə seçilib, baxmayaraq ki, o, nadir hallarda səsvermədə iştirak edib. Keçən il isə o Avropa institutlarının əsas dayağı olan Avropa Mərkəzi Bankının keçmiş prezidenti Mario Draqinin başçılıq etdiyi böyük koalisiyaya qoşulub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »