Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Evimə basqın zamanı pasportlarımı da oğurlayıblar" - Tramp
"Evimə basqın zamanı pasportlarımı da oğurlayıblar" - Tramp

Donald Tramp keçən həftə FTB-nin (ABŞ-ın federal polis qurumu) Mar-a-Laqoda keçirdiyi reyd zamanı pasportlarının “oğurlandığını” iddia edib. Bu isə, onun ölkəni tərk edə bilməyəcəyi deməkdir.

Bizimyol.info “The Mirror” a istinadla xəbər verir ki,  keçmiş prezident FTB-nin qərarını “siyasi rəqibə hücum” kimi qiymətləndirib.

"FTB Mar-a-Laqo tərəfindən edilən basqın zamanı hər şeylə birlikdə mənim üç Pasportumu (birinin vaxtı keçmiş) oğurlayıb. Bu, siyasi rəqibə qarşı ölkəmizdə heç vaxt görülməmiş bir hücumdur ",- deyə Tramp bildirib.

FTB-nin Floridadakı mülkündə axtarış zamanı hansı pasportların götürüldüyü bəlli deyil, lakin Trampın ABŞ vətəndaşlarına verilən adi mavi və qırmızı “diplomatik” pasportu olduğu məlumdur.

O, prezident kimi diplomatik pasport alıb. Amma iddia etdiyi kimi  sənədləri oğurlanıbsa, o ölkədən kənara səyahət edə bilməyəcək.

Qeyd edək ki,  Tramp Amerikanın casusluq aktı əsasında araşdırılır. Keçən həftə bildirilib ki, agentlərə Trampın Amerikanın 45-ci prezidenti olduğuna işarə edən “45 Ofis”də axtarış aparmaq səlahiyyəti verilib.

FTB agentlərinə "bütün anbar otaqlarına" və Trumpın Mar-A-Laqodakı evində qutuların saxlanıla biləcəyi bütün otaqlara baxmağa icazə verilib.

Agentlər Tramp ötən ilin yanvarında vəzifəsini tərk edən zaman Ağ Evdən götürüldüyü iddia edilən məxfi sənədləri axtarıblar.

Belə bir cinayətdə təqsirli bilinən hər kəsi beş ilədək həbs cəzası gözləyir.

Trampın nümayəndələri bildiriblər ki, o, vəzifəsini tərk etməmişdən bütün sənədlərin məxfiliyini ləğv etmək səlahiyyətinə malik idi və edə bilərdi.

Xatırladaq ki, keçmiş prezident Donald Tramp həyat yoldaşı Melaniya Tramp özlərinə yaxın bəzi adamların FTB-də “köstəbək” (xəbərçi – red.) kimi fəaliyyət göstərməsindən narahat olduğunu bildirib.

Çünki  45-ci prezidentə yaxın birinin səlahiyyətlilərə kurortdakı daha çox sənəd haqqında məlumat verdiyi bildirilir.

Digər məxfi materiallar arasında FTB agentlərinin xüsusi olaraq nüvə silahları ilə bağlı sənədləri axtardığı güman edilir.

Bu sənədlərin ABŞ-ın öz nüvə arsenalına, yoxsa başqa ölkənin nüvə arsenalına aid olub-olmadığı dəqiqləşdirilməyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »