Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bıçaqlanan Salman Rüşdinin keçmiş həyat yoldaşından açıqlama
Bıçaqlanan Salman Rüşdinin keçmiş həyat yoldaşından açıqlama

“Şeytan ayələri” kitabı ilə ictimai rəyi ikiyə bölən və İrandan ölüm fətvası alan Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdiyə bıçaqla hücumun əks-sədası davam edir.

Bizimyol.info xəbər verir ki, keçən həftə Nyu Yorkda keçirilən tədbirdə 24 yaşlı Hadi Matar adlı gənc tərəfindən hücuma məruz qalaraq boyun və bədənin müxtəlif nahiyyələrindən bıçaqlanan Rüşdinin reanimasiya şöbəsinə aparıldığı və səhhətinin yaxşılaşdığı açıqlanıb. Səlahiyyətlilər Rüşdinin artıq intubasiya olunmadığını elan ediblər.

Rüşdinin keçmiş həyat yoldaşı, aparıcı və model olan Padma Lakşmi də bunula bağlı şərh verib. 2004-2007-ci illərdə Rüşdi ilə evli olan 51 yaşlı Lakshmi bildirib: "Rüşdinin artıq intubasiya edilmədiyini eşidəndə rahatlaşdım. Salman Rüşdinin cümə günü bu kabusdan qurtulduğu üçün sevindim. Nəhayət, nəfəs ala bilirəm. İndi onun tez bir zamanda sağalmasını istəyirəm”.

Xatırladaq ki, məşhur yazıçı 1988-ci ildə nəşr olunan “Şeytan ayələri” kitabı səbəbindən mübahisələr yaradıb və İranın sabiq ali dini lideri Ayətullah Xomeyni 1989-cu ildə verdiyi fətva ilə Rüşdini öldürməyə çağırıb. İran hökuməti 1998-ci ildə fətvaya verdiyi dəstəyi geri götürüb.

Rüşdiyə bıçaqla hücum edən şəxsin isə Livan əsilli Hadi Mətar olduğu açıqlanıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »