Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Rusiyaya qarşı ayağa qalxdı: Avropa Birliyi və 42 ölkədən tələb
Dünya Rusiyaya qarşı ayağa qalxdı: Avropa Birliyi və 42 ölkədən tələb

Rusiyanın Ukraynaya hücumları davam edərkən, son günlər Kreml tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının hədəfə alınması dünya ictimai rəyində geniş əks-səda doğurub.

Bizimyol.info xəbər verir ki, ATƏT çərçivəsində Avropa Birliyi və 42 ölkə Rusiyanı Zaporojya Atom Elektrik Stansiyasından qoşunlarını dərhal çıxarmağa və beynəlxalq hüquq normalarına riayət etməyə çağıran birgə bəyannamə yayıb.

“Rusiyanın Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasına nəzarət etməsi bu ölkələr üçün böyük təhlükə yaradır. Nüvə obyektində Rusiya hərbçilərinin və silahlarının yerləşdirilməsi qəbuledilməzdir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) üzvlərinin əməl etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və mühafizə prinsiplərinə məhəl qoyulmur. Zaporojye Atom Elektrik Stansiyasında Rusiya hərbi qüvvələrinin olması operatorun və Ukrayna hakimiyyətinin öz vəzifələrini yerinə yetirməsinə mane olur.

Biz Rusiya Federasiyasını Zaporojye Atom Elektrik Stansiyasından, onun yaxın ətrafından və bütün Ukraynadan öz hərbi qüvvələrini və bütün digər icazəsiz personalını dərhal çıxarmağa çağırırıq”,- deyə bəyanatda bildirilir.

Bəyannamənin sonunda qeyd olunub: “Rusiyanın işğalının və hadisələrin Ukraynanın nüvə obyektlərində davam etməsinin nüvə insidentlərini və qəza riskini əhəmiyyətli dərəcədə artırdığı danılmazdır.

Biz Rusiyanın Ukraynadakı qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün dezinformasiyadan istifadə etməsini qətiyyətlə pisləyirik”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »