Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən xəbərdarlıq: Türkiyə də təhlükə altındadır
Zelenskidən xəbərdarlıq: Türkiyə də təhlükə altındadır

Rusiya ilə Ukrayna arasında münaqişə hələ də davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski son açıqlamasında diqqəti Zaporojye Atom Elektrik Stansiyasına yönəldib.

Bizimyol.info xəbər verir ki, Elektrik stansiyasının ətrafının Rusiya ordusu tərəfindən davamlı olaraq bombalandığını bildirən Zelenski “Rusiya Zaporojye Atom Elektrik Stansiyasında və ətrafında təxribatçı hərəkətlərini davam etdirir. İşğalçılar elektrik stansiyasını qorumaq bəhanəsi ilə yaxınlıqdakı şəhərləri və ictimai yerləri bombalamağa davam edirlər. Rusiya sursat və avadanlıqlarını elektrik stansiyası anbarlarında saxlayır. Bütün bunlar onu göstərir ki, Rusiya Avropa ölkələrinin və digər 15 ölkənin təhlükəsizlik tələblərini rədd edib ”,- deyə qeyd edib.

Daha sonra Zaporojye Atom Elektrik Stansiyasında mümkün radiasiya sızmasının region ölkələri üçün təhlükə yarada biləcəyini ifadə edən Zelenski “Əgər bu terror dövləti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymazsa, bu zaman təcili tədbir görülməlidir.

Zaporojye Atom Elektrik Stansiyasında baş verən hər hansı radiasiya hadisəsi Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, Gürcüstana və ucqar bölgələrdəki digər ölkələrə zərbə vuracaq. Hamısı küləyin istiqamətindən və gücündən asılıdır.

Əgər dünya indi atom elektrik stansiyasını müdafiə etmək üçün güc və əzm nümayiş etdirməsə , bu, dünyanın onu itirdiyi anlamına gələcək”,- deyə əlavə edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi, Birləşmiş Millətlər Təşkilatı və 7 böyük ölkənin xarici işlər nazirlərinin Rusiyanı hərəkətlərini dayandırmağa çağırdığını xatırladan Zelenski vurğulayıb ki, “Rusiyanın Atom Enerjisi Agentliyi Rosatam və bütün nüvə təşkilatlarına qarşı yeni sərt sanksiyalar tətbiq edərək bu terror dövlətinə çağırışlar edilməlidir. Bütün Rusiya əsgərləri elektrik stansiyasının ətrafındakı ərazidən qeyd-şərtsiz geri çəkilməlidir”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »