Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pandemiya dövründə şirniyyatı ərzaq səbətinizdən çıxarın"
"Pandemiya dövründə şirniyyatı ərzaq səbətinizdən çıxarın"

"Əgər siz şirniyyat, peçenye, zəncəfill çörək yeyirsinizsə və ya şəkərli qazlı sulardan çox, yəni gündə üç dəfə və ya daha çox içirsinizsə, bu sizin immunitet sisteminizi zədələyəcək".

Bizimyol.info xəbər verir ki,  bu barədə  terapevt, dietoloq Yelena İqnatikova danışıb. Onun sözlərinə görə, şirniyyatdan sui-istifadə immun sisteminin hüceyrələrinin fəaliyyətinin azalmasına səbəb olur.

Mütəxəssis əlavə edib ki, şəkərli diabet və karbohidrat mübadiləsinin digər pozğunluqları olan insanlar əhalinin infeksiyalara ən həssas kateqoriyaları sırasındadır. O, pandemiya vaxtında ərzaq səbətindən şirniyyatları “çıxarmağı” tövsiyə edib.

“Bundan əlavə, spirt istehlakı da immun hüceyrələrinin fəaliyyətinin azalmasına səbəb olur”,- deyə o xəbərdarlıq edib. Həkimin sözlərinə görə, 50 qram arağın hər şeyi dezinfeksiya edəcəyinə inanılır, lakin bu, doğru deyil. Alkoqol yalnız bədənimizin zərərinədir.

Xatırladaq ki, bir müddət əvvəl endokrinoloq, dietoloq Natalya Lazurenko qarabaşaq yeməyin xoşagəlməz nəticələrindən danışıb. Onun sözlərinə görə, bu taxıl sayəsində mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar köp, mədə yanması və digər xoşagəlməz problemlər yaşaya bilər.

Bir insanda bağırsaq sindromu, disbakterioz, bakteriyaların çoxalması və ya mədəaltı vəzi fermentlərinin çatışmazlığı varsa, bədən bu dənli bitkini lazımi şəkildə qəbul edə bilməz. Dietoloq xəbərdarlıq edib ki, arıqlamaq istəyənlər süd və şəkər kimi əlavələr olan qarabaşaq yarması yeməməlidir.

"Bir insan metabolizmini, qan şəkərinin səviyyəsini normallaşdırmağa və ya arıqlamağa çalışırsa, şəkəri meyvə, giləmeyvə və ya quru meyvələrlə əvəz etməlidir ",- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »