Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya hökuməti Azərbaycan səfirliyindəki hücumla bağlı təəssüfünü bildirib
Böyük Britaniya hökuməti Azərbaycan səfirliyindəki hücumla bağlı təəssüfünü bildirib

Böyük Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyində baş vermiş insidentdən təəssüfləndiyini bildirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrehem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra yaydığı bəyanatda deyilir.

“Böyük Britaniya hökuməti bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirir”,- deyə Stüart bildirib.

Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.

Hücum edənlər diplomatik nümayəndəliyin eyvanından dini bayraqasıb və dini şüarlar səsləndiriblər. Səkkiz hücumçu yerli polis tərəfindən saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »