Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiyada Baş nazirin ucuz paltarı gündəm olub - Foto
Finlandiyada Baş nazirin ucuz paltarı gündəm olub - Foto

Finlandiyanın Baş naziri Sanna Marin sadəliyi ilə fərqlənir. O, hökumət rəhbəri kimi əldə etdiyi bir çox imtiyazlardan imtina bacarığı ilə sevilir. Sanna Marin büdcədən onun üçün ayrılan vəsaitin böyük hissəsindən istifadə etmir. Onun büdcəyə pul qaytardığı da az olmayıb.

Bizimyol.info xəbər verir ki, Finlandiyanın Baş naziri bu dəfə hətta finləri də çox təəccübləndirə bilib. 36 yaşlı hökumət rəhbəri festivalda 8 avroluq paltarda görünüb. Finlandiyada sosial media onun fotolarını paylaşaraq hörmət nümayiş etdirirlər.

Ölkənin Baş naziri “Flow” festivalında ucuz geyimdə gözə dəyib. Tədbir pandemiyaya görə iki ildir təxirə salınırdı. Festivalın direktoru İna Mikkola Baş nazirlə fotosunu paylaşıb. O, hər ikisinin paltarının ikinci əl mağazasından alındığını qeyd edib. Mikkolanın geyimi Marinin paltarından 1 avro baha başa gəlib.

Sanna Marin ictimaiyyət arasında olmağı çox sevir. Bu il onu “Ruisrock” rok festivalında da görmək mümkün idi. Baş nazir onda da ucuz geyimlə keçinmişdi. Marinin əynindəki gödəkçənin bahalı olmadığı dərhal diqqət çəkmişdi. Gənc hökumət rəhbəri bir dəfə 10 min avroya ehtiyacı olmadığı və büdcəyə qaytarmağı qərara aldığını bildirmişdi.

Sanna Marin 2018-ci ildə Finlandiyanın Müstəqillik Günündə əl ilə tikilmiş paltarla tədbirə qoşulmuşdu. Baş nazir bundan narahatlıq keçirmədiyini, əksinə, tikiş zamanı ekoloji şərtlərə ciddi əməl olunmasının qayğısına qaldığını demişdi. Təsəvvür edin, Marin həmin paltarı hələ də geyinir.

Baş nazir Finlandiyada insanların çox işləməməsinin, yetərincə dincəlməsinin də qayğısına qalır. Şimal ölkəsində həftəlik iş saatlarının qısaldılması ilə bağlı bir neçə eksperiment keçirilib. Əsas təşəbbüskar olan Marin iş saatlarının azlığının effektliyə pis təsir göstərməyəcəyinə əmindir. Onun fikrincə, insanlar həftədə uzağı 24 saat işləməlidir. Tezliklə bunun qanunvericilikdə tam əks olunacağı gözlənilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »