Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna "Vaqner"in qərargahına zərbə endirib, çoxlu sayda ölən var
Ukrayna "Vaqner"in qərargahına zərbə endirib, çoxlu sayda ölən var

Ukrayna hərbçiləri Amerikanın çoxşaxəli raket sistemi olan "HIMARS"ın dəqiq nişangahı ilə müvəqqəti işğal altında olan Popasnadakı "Vaqner" özəl hərbi şirkətinin qərargahına endirdiyi zərbə nəticəsində 100-dən çox Rusiya muzdlusunun həlak oluğu ehtimal edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday milli telemarafonun efirindəki çıxışı zamanı məlumat verib.

“Bu yaxınlarda biz Popasnayada bir “hədəf” aşkarladıq və barəsində tədbir gördük. Hələlik təfərrüatları açıqlamayacağıq, amma rəhbərlik tərəfindən 100-dən çox vaqnerçinin orada öldüyü üzə çıxarsa, bu, bizim üçün daha yeni xəbər olmayacaq”,- deyə o bildirib.

Eyni zamanda, Qayday "Vaqner" PMC-nin kuratoru hesab edilən Yevgeni Priqojinin məhv edilməsi ilə bağlı məlumatı təkzib edib. Lakin Luqansk VHA rəhbəri öldürülənlər arasında mütləq onun müavinlərinin olduğunu təsdiqləyib.

“Təəssüf ki, bu cür ehtimal edilən xəbərlər yayılırsa, söhbət aşpazdan getmir, amma müavinin məhvi – bəli, 100-dən çox ölü sayı isə – bəli, var”,– deyə  Qayday əlavə edib.

Ukrayna mətbuatı xəbər verir ki, ilk dəfə olaraq jurnalist Denis Kazanski avqustun 14-də axşam saatlarında Popasnadakı "Vaqner"in qərargahına hücum barədə məlumat verib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Amerikanın çoxşaxəli raket sistemi "HIMARS"ın dəqiq zərbəsi ilə "Vaqner"dən olan Rusiya muzdlu qurupunun qərargahını məhv ediblər.

Bu gün səhər Sergey Qayday Popasnada vaqnerçilərin məhv edildiyini təsdiqləyərək məhv edilənlərin sayının dəqiqləşdirilməkdə olduğunu qeyd edib.

Qeyd edək ki, hazırda bu qrup Vladimir Putin üçün çox önəmlidir. Rusiyada ümumi sfərbərlik elan etməkdən çəkinən Putin orduya əlavə qüvvələri məhz "Baqner" qrupunun adı ilə həyata keçirir. Rusiyanın bir çox şəhərlərində "Vaqner" qrupunun elanları yapışdırılıb və onlar könüllüləri toplayırlar. Görünür, elə bu səbəbdən Ukrayna və ABŞ əl-ələ verib bu qrupa zərbə endirmək qərarına gəliblər ki, Rusiyada könüllülər bu qrupa qoşulmaqdan çəkinsinlər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »