Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diabetin ilkin əlamətləri hansılardır
Diabetin ilkin əlamətləri hansılardır

Diabet hər il 1,5 milyon insanın həyatına son qoyan çox təhlükəli xəstəlikdir.

Xəstəliyin iki növü var, onların özünəməxsus əlamətləri olsa da,  onların ümumi simptomları da var. Bu simptomlar xəstəyə diaqnoz qoyulmazdan çox əvvəl mü.ahidə edilə bilər.

Bizimyol.info xəbər verir ki, həkimlər diabetin əsas erkən əlamətlərini sadalayıb.

Əgər özünüzdə bir neçə əlamət müşhidə etsəniz,   qlükoza səviyyəsi üçün qan testi etdirmək tövsiyyə eidlir.

Diabetin ilkin əlamətləri

Daimi susuzluq.

Şəkərli diabet xəstəsi nə qədər su içsə də, daimi ağız quruluğundan əziyyət çəkir. Susuzluq gecələr ağırlaşır və insan su içmək üçün güclü bir istəklə oyanır.

Çəki itirmək.

Bu, diabetin, xüsusən də 1-ci tipin ümumi simptomudur. Yemək yeyib,  hərəkətdə olmağınıza baxayaraq, arıqlayırsınızsa bu, həyəcan verici bir vəziyyətdir.

Daimi doymaz aclıq.

Diabetli insanlar demək olar ki, heç vaxt toxluq hiss etmirlər. Doyurucu yeməkdən sonra belə, aclıq bir saat ərzində yenidən yaranır.

Bu, bədəndə şəkərin metabolik proseslərinin pozulması səbəbindən baş verir.

Səbəbsiz yorğunluq.

Siz yaxşı yatırsınız, yaxşı yeyirsiniz və çox işləmirsiniz. Amma səhərlər yataqdan qalxmaqda çətinlik çəkirsiniz. Fiziki gücün itirilməsi və yorğunluq diabetin əlamətləridir.

Tez-tez sidik ifrazı.

Bu problem bir çox xəstəliklərdə baş verir. Amma bu proses yuxarıda sadalanan əlamətlərlə bilrikdə baş verirsə,  artıq bu şəkərin erkən əlaməti hesab edilə bilər.

Daimi sidiyə getmə istəyi, bədənin bu şəkildə artıq şəkəri çıxarmağa çalışması ilə əlaqədardır.

Ayaqlarda keyimə və sancı.

2 -ci tip diabetə xas olan çox təhlükəli bir simptomdur. Bu həkimə müraciət etmək üçün ciddi bir səbəbdir. Müalicəni gecikdirsəniz, bu ayağın amputasiyası ilə bitə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »