Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada neft hasilatı azalıb
Rusiyada neft hasilatı azalıb

Avqustun ilk həftələrində Rusiyada neft və kondensat hasilatı iyul ayı ilə müqayisədə 3 faiz azalaraq gündəlik 1,428 milyon tona düşüb.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki,  bununla yanaşı iri neft şirkətləri OPEK+ sazişi üzrə öhdəliklər hesabına hasilatı sabit səviyyədə saxlayırlar.

Bildirilib ki, ümumi azalmaya kiçik istehsalçıların, eləcə də “Qazprom”un digər strukturlarının nəticələri səbəb olub.

Ən böyük neft şirkətləri (VIOCs) hətta ixrac məhdudiyyətləri şəraitində belə öz hasilat həcmini qoruyub saxlaya bilib.

Xüsusilə, “LUKOIL” və “Surqutneftegaz” ardıcıl olaraq gündə 220 və 162 min ton istehsal edirlər.

“Rosneft” avqustda hasilatı cəmi 0,5 faiz azaldaraq, sutkada 464 min tona çatdırıb.

“Qazprom neft”  öz növbəsində bazarla bərabər - 3 faiz azalaraq sutkada 108 min tona düşüb.

Bildirlir ki,  kiçik bazar iştirakçıları mövqelərini daha sürətlə itirirlər.

Qeyd edək ki,  Rusiyada hasilatın azalmasının 90 faizi digər yer təkinin istifadəçilərinin payına düşür. Onların ən böyükləri arasında “Neftisa” və “İrkutsk Neft Şirkəti”, eləcə də neft və kondensat hasilatını azaltmış “Qazprom” var.

Qazprom qaz hasilatının azalması səbəbi ilə, son aylarda kondensat hasilatını durmadan azaldır.

Avqust ayında kondensat rəqəmləri Avropaya ixracın azalması və Rusiyanın yeraltı qaz anbarlarına (UGS) aşağı vurulma sürəti səbəbindən daha çox zərər çəkə bilərdi.

Digər yer təki istifadəçiləri tərəfindən gündəlik kondensat hasilatı 15 faiz azalaraq 208 min tona düşüb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »