Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Bolqarıstana əlavə hərbi qüvvə göndərir
ABŞ Bolqarıstana əlavə hərbi qüvvə göndərir

ABŞ NATO-nun şərq cinahının möhkəmləndirilməsi əməliyyatı çərçivəsində Bolqarıstana 101-ci Hava Desant Diviziyasının əsgərlərini göndərir.

Bizimyol.info  xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyasının “Twitter” hesabında məlumat verilib.

Hesabatda ABŞ-ın 101-ci Hava Desant Diviziyasının 2400 əsgərindən neçəsinin Bolqarıstanda qalacağı dəqiqləşdirilməyib.

Qalanları Rumıniya, Macarıstan və Slovakiyada yerləşəcək.

Amerika əsgərləri şərq cinahının möhkəmləndirilməsində iştirak edəcəklər. Qeyd olunur ki, 101-ci Hava Desant Diviziyası “Qışqıran Qartallar” kimi tanınır. Onlar ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Avropaya yerləşdirilmişdi.

Xatırlada qki, bir müddət əvvəl  NATO-nun şərq cinahı ölkələri Amerikanın regionda hərbi mövcudluğunu genişləndirməyin zəruriliyini bəyan etmişdilər.

Xatırladaq ki, hazırda bütün Avropada 100 minə yaxın Amerika hərbçisi yerləşdirilib. Eyni zamanda, ABŞ-ın “daha həssas” müttəfiqləri bu rəqəmi qeyri-kafi hesab edirlər.

Belə ki, Baltikyanı və Şərqi Avropa ölkələri ABŞ-ı onlara silah tədarükünü sürətləndirmək üçün müdafiə istehsalını artırmağa çağırıb.

Xüsusilə, sorğu HIMARS raket sistemlərinə (MLRS), Reapers hücum dronlarına və əks batareya radarlarına aiddir.

Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salmın qeyd etdiyi kimi, bu silahlar Rusiyanı tutmaq üçün lazım olacaq.

Qeyd edilib ki,  son aylarda region ölkələrinin çoxu Ukraynanı öz ehtiyatlarından silahla təmin edib.

“Washinqton Post”a danışan Pentaqon rəsmisi etiraf edib ki, Qərb ölkələri nə vaxtsa bu hərbi potensialını artırmalı olacaqlar. Lakin o, bunun nə qədər vaxt aparacağını dəqiqləşdirməyib

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »