Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban Rusiyadan neft almaq niyyətindədir
Taliban Rusiyadan neft almaq niyyətindədir

Taliban Rusiyadan Əfqanıstan üçün barter yolu ilə 1 milyon barrel neft almaq niyyətindədir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sənaye və ticarət naziri Nuriddin Əzizi danışıb. O, bildirir ki, Əfqanıstan bir milyon barelə yaxın Rusiya nefti almaq istəyir.

“Biz Rusiyaya təqribən bir milyon barel təklif etmişik, əgər, Rusiya daha çox göndərə bilərsə, bu, problem deyil”, - deyə Əzizi bildirib.

Bir müddət əvvəl Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Kabilin Moskva ilə neft, taxıl və günəbaxan yağı tədarükünü müzakirə etmək niyyətindən danışıb. Qeyd edək ki, Əfqanıstana nəzarət edən və Rusiyada qadağan olunmuş Taliban hərəkatının nümayəndə heyəti işgüzar danışıqlar üçün Moskvadadır.

Xatırladaq ki, mart ayında ABŞ Ukraynada xüsusi əməliyyat üçün Moskvaya qarşı sanksiyalar çərçivəsində Rusiya neftini almaqdan imtina edib. İyun ayında Avropa Birliyi oxşar qadağa tətbiq edərək, “Drujba” boru kəməri ilə təchizat üçün istisna təşkil edir.

Eyni zamanda bəzi ölkələr, o cümlədən Hindistan və Çin Rusiyadan neft almağa davam edir. Birləşmiş Ştatlar həmçinin Dehlini sanksiyalardan yayınaraq, Rusiya xammalından emal olunmuş neft məhsullarını Nyu-Yorka təkrar ixrac etməkdə şübhələnir.

Qeyd edək ki, Taliban Əfqanıstanda hökmranlığının ilk ilini qeyd etməyə hazırlaşır. 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdi.

Beynəlxalq səviyyədə tanınmış Əşrəf Qani hökumətini devirən Talibanın birinci ili avqustun 15-də başa çatır.

Bir ilərzində Taliban administrasiyası səhiyyə, təhsil, iqtisadiyyat və kənd təsərrüfatı kimi bir çox sahədə insan haqlarının pozulması və çox mühüm problemlərlə yadda qalıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »