Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğanın Putinlə münasibətləri Qərb ölkələrini qıcıqlandırır"
"Ərdoğanın Putinlə münasibətləri Qərb ölkələrini qıcıqlandırır"

Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında inkişaf edən tərəfdaşlıq Qərb ölkələrini və xüsusilə Ankaranın NATO tərəfdaşlarını qıcıqlandırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzetinin köşə yazarı Stiven Erlanqer yazır.

O, qeyd edir ki, qarşılıqlı çağırışlar iki prezidenti həmişəkindən daha da yaxınlaşdırıb. Belə ki, son üç həftədə iki dəfə görüşüblər. Köşə yazarı türk siyasətçinin Soçiyə son səfərini xatırladıb.

Jurnalist hesab edir ki, Şimali Atlantika Alyansı nümayəndələrinin qəzəbinə səbəb Türkiyə prezidentinin əslində Qərbin qurmağa çalışdığı “sanksiya bəndində boşluq yaratması” ilə izah olunur. Erlanger əlavə edib ki, belə mövqe yalnız Ərdoğanın özünə sərf edir.

O, Rusiya biznesi ilə əməkdaşlığı davam etdirməklə məhdudiyyətlərdən yan keçir və Moskvanın Suriyadakı təsirini cilovlayır.

Bloomberg-in köşə yazarları isə, daha əvvəl də qeyd ediblər ki, anti-Rusiya məhdudlaşdırıcı tədbirlərlə bağlı vahid Qərb cəbhəsində parçalanmaya Türkiyə səbəb olub. Ankara Moskvaya qarşı sanksiyalara qoşulmaq çağırışlarına məhəl qoymayıb. Bu səbəbbdən də, bu snaksiyalar o qədər də təsirli olmayıb.

Eyni zamanda, Bloomberg Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun Rusiya ilə avtomobil ticarətinin 58 faiz artdığına işarə edən sözlərini sübut kimi göstərib.

Bir müddət əvvəl analitik Aleksandr Asafov bildirmişdi ki, Türkiyəyə siyasi təzyiqlər edilsə belə, prezident Rəcəb Tayyib Ərdoğan təhdidlərə boyun əymir. Onun sözlərinə görə, Türkiyə lideri belə vəziyyətlərdə bütün sahələrdə tərəfdaşlıq münasibətlərini qorumağa çalışır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »