Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatı Çinin qarşısını almağı planlaşdırır
ABŞ kəşfiyyatı Çinin qarşısını almağı planlaşdırır

Qlobal arenada ABŞ-Çin qarşıdurması dünya ölkələrinin ayrılmasını təmin edir. Qərb ittifaqı Ukraynadan müharibəsində Rusiyanın əleyhinə kampaniya başlatdı və indi onların Çinə münasibəti bəlli olur. Beləliklə hər kəs öz komandasını təmizləyir. İndiki vəziyyətdə Hindistanın qərarı isə həlledici ola bilər.

Döyüşlər əvvəlki kimi silah və tüfənglə deyil. Ticarət xətləri, logistika və strateji limanlar bu prosesdə əsas rol oyanyır. Kim hansı liman və marşrutlarda təsirlidirsə, həmin bölgədə onun sözü keçir. Enerji hövzələrində kimin nüfuzu varsa, onun da enerji qiymətlərinə təsiri olur. Bu proses isə enerji xərclərini hesablamaq məcburiyyətində qalan ölkələri çətinləşdirəcək.

Kopenhagendə toplanan 26 ölkə Ukrayna üçün 1,55 milyard dollar ianə toplayıb. Bunun müharibənin gedişinə təsir edib-etməyəcəyi bilinmir, lakin konfransda bunun uzadılacağı bildirilir. Çünki toplanan ianənin əhəmiyyətli bir hissəsi hərbi təlimlərə, avadanlıqlara və yüksək səviyyəli idarəolunan raketlərin alınmasına sərf olunacaq.

Çinin 2035 və 2040-cı illərdə çatacağı nöqtə ABŞ kəşfiyyatının sənədlərində təhlükəli hesab olunur. Artım rəqəmləri və müdafiə xərcləri yüksələn Asiya ritorikası ilə birləşdirildikdə, müharibə qaçılmaz ola bilər. Ona görə də, bunun qarşısının alınması üçün ABŞ siyasi və hərbi rəhbərlikləri ciddi plan üzərində işləyir.

Biz uzun müddətdir ki, Asiya-Sakit okean regionunda yaşanan gərginlikdən danışırıq və müharibənin ünvanını görürük. Ucuz işçi qüvvəsi və əhalinin çoxluğu bu bölgəni gərginlik zonasına çevirir. Avropa bir müddətdir ki, öz bazarlarında bu gərginliyi hiss edir və Çinlə iş görməkdə tərəddüd edən şirkətlərin daha da çoxalır.

Bəs  “Yüksələn Asiya” müzakirəsi özünü təmin edəcəkmi və ya dünya ticarəti qütbləşməyə doğru getsə, nə baş verəcək?

Xammal, istehsal və istehlak zəncirinin qitələri keçdiyi bu dövrdə zənciri qırmaq, “böhranı başlatmaq” deməkdir. Dünya yenidən 1929-cu il böhranını xatırladan anlayışlarla üzləşib. İqtisadi göstəricilər ABŞ və Aİ-də artım templərinin azalması və inflyasiyanın yüksəlməsi barədə həyəcan siqnalı verir. Əgər artım templəri azalmağa doğru gedirsə, bu, tənəzzül deməkdir. Çin üçün də artım tempinin təhlükə altında olduğu bir həqiqətdir.

Dünya iqtisadiyyatının nəhəngləri müharibəyə diqqət yetirərkən, ödəniləcək qiyməti də nəzərə almalıdırlar. Bu prosesdə onun çəkisini bilən, tarazlığı müşahidə edən ölkələr olacaq.  Rusiya-Çin-ABŞ-İngiltərə-Aİ xəttində davam edəcək bu mübarizədə isə Türkiyə ehtiyatlı və sakit hərəkət edəcək kimi görünür.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »