Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkə rus dilinə qadağa qoyan qanun hazırlayır
Baltikyanı ölkə rus dilinə qadağa qoyan qanun hazırlayır

Latviyanın Ədliyyə Nazirliyi işdə və ictimai yerlərdə rus dilinin istifadəsini məhdudlaşdırmaq üçün qanun layihəsi hazırladıqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, Latviya ədliyyə naziri Janis Bordans məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, ikidilliliyin məhdudlaşdırılması haqqında qanun iş yerində və ictimai yerlərdə rus dilindən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutacaq.

Nazir xatırladıb ki, 2012-ci ildə keçirilən referendumda vətəndaşların demək olar ki, 75 faizi rus dilinin ikinci dövlət dili kimi istifadə olunmasının əleyhinə çıxış edib.

“Ruslaşdırmanın uzunmüddətli nəticələri ondan ibarətdir ki, gündəlik ünsiyyətdə, xidmət müəssisələrində və iş yerində latış və rus dillərinin eyni vaxtda istifadəsi təcrübəsi möhkəmlənib.

Qanunda sadalanacaq müəyyən hallar istisna olmaqla, buna icazə verilməməlidir. Cəmiyyət bilməlidir ki, işgüzar münasibətlərdə və iş yerində ünsiyyət üçün Latviya dilindən istifadə edilməlidir”,- deyə Janis Bordans bildirib.

O əlavə edib ki, bu layihə nəticəsində vəzifə təlimatlarında rus dili bilmə tələbi də məhdudlaşdırıla bilər.

“Məsələn, əgər işəgötürən 50 işçi işə götürürsə və onlardan ən azı bir neçəsinin Aİ-də rəsmi dil olmayan dili bilməsini tələb edirsə və ya rus dilini bilməsini üstünlük götürürsə, bu, əsaslandırılmalıdır ",- deyə nazir bildirib.

Onun sözlərinə görə, koalisiya üzvləri yaxın vaxtlarda layihəni müzakirə edəcəklər və mövqelər razılaşdırıldıqdan sonra Seymə təqdim oluna bilər. Xatırladaq ki, bu həftənin əvvəlində Latviya Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb və bundan sonra Latviya Seymi kiberhücumlara məruz qalıb.

Bundan əlavə Latviya prezidenti Aİ-də ruslara turist vizalarının verilməsinin qadağan edilməsi ideyasını da dəstəkləyib.

Qeyd edək ki, ölkəmizdə də bir çox iş elanlarında, vakansiyalarda əsas tələblərdən biri kimi rus dili bilgisi göstərilir. Hətta bəzən absurt olaraq dil bilgisi tələb edən iş yerləri də rastımıza çıxır. Məsələn, dərzi, xadimə, avtomobil təmirçisi və s.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »