Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson jurnalistikaya qayıda bilər
Boris Conson jurnalistikaya qayıda bilər

Pandemiya zamanı baş nazirin iqamətgahında verdiyi gizli yığıncaqlara görə istefa verməli olan İngiltərə Baş naziri Boris Consonun yenidən jurnalistikaya dönəcəyi iddia edilib.

Bizimyol.info xəbər verir ki, “Guardian”ın həftə sonu dərc etdiyi xəbərə görə, İngiltərənin məşhur tabloid qəzetlərindən biri olan Daily Mail Boris Conson üçün köşə yazısı təklifi alıb.

Xəbərdə bildirilir ki, “Daily Mail”in anonim mənbələri Consona təklif olunan maaş və ya digər detallar barədə məlumat verməyiblər.

Onu da əlavə edək ki, hələlik nə Baş nazirlik rəsmiləri, nə də “Daily Mail” bu iddialara cavab verməyib.

Xatırladaq ki, Boris Conson 2016-cı ildə dövlət katibi vəzifəsinə başlamazdan əvvəl ölkənin tanınmış qəzetlərindən biri olan “Telegraph”da köşə yazıları yazırdı. O zaman Boris Conson ayda 10 saat işləyirdi və ildə 275 min funt sterlinq maaş alırdı.

Bundan əlavə o, 2008-2016-cı illərdə London şəhərinin meri, 2016-2018-ci illərdə isə Böyük Britaniyanın xarici işlər naziri kimi vəzifələri tutub.

2019-cu ildən isə İngiltərə Baş naziri vəzifəsini icra edirdi.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »