Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada müharibə diqqəti aclıqdan yayındırır - Papa
Ukraynada müharibə diqqəti aclıqdan yayındırır - Papa

Roma Papası Fransisk Ukraynadakı müharibənin diqqəti dünyada aclıq problemindən yayındırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Qeyd edilir ki, o, Müqəddəs Pyotr meydanında zəvvarlara və turistlərə Somali və sərhədyanı ölkələrin bəzi hissələrinə təsir edən ciddi humanitar böhrana diqqət çəkmək istədiyini bildirib.

“Onsuz da çox ağır şəraitdə yaşayan bu bölgənin əhalisi indi quraqlıq səbəbindən ölüm təhlükəsi ilə üz-üzədir. İnsanları xilas etmək namiminə bütün diqqət bu istiqamətə yönləndirilməlidir. Dövlətlər arasında baş verən münaqişələri, müharibələri dayandırıb insanların xilası üçün birgə mübarizə etməyin zamanıdır. İqtisadi uğurları silahlara deyil, təbii fəlakətlərdən - quraqlıqdan əziyyət çəkən xalqlara yardım etmək üçün istiqamətləndirmək günümüzün vacib məsələsidir", - deyə o qeyd edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı mal-qaranın tələf olması, əsas malların qiymətlərinin qalxması və humanitar yardımların ən həssas təbəqəyə çatmaması halında, Somalinin səkkiz bölgəsində rəsmi olaraq aclıq elan edə biləcəyini bildirib.

"Ümid edirəm ki, beynəlxalq həmrəylik bu fövqəladə vəziyyətə effektiv şəkildə cavab verə bilər. Təəssüf ki, müharibə diqqəti və resursları yayındırır, lakin ən çox öhdəlik tələb edən bu məqsədlərdir: aclıqla mübarizə, səhiyyə, təhsil. Biz insanların xilası üçün birgə mübarizə aparmalıyıq", - Frensis bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Roma Papası Fransisk Rusiya prezidenti Putini dəstəkləmədiyini desə də, xeyirin və şərin harada olduğunu göstərməkdən imtina edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »