Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salman Rüşdi süni nəfəs aparatından ayrılıb
Salman Rüşdi süni nəfəs aparatından ayrılıb

Salman Rüşdinin ailəsi məşhur britaniyalı yazıçının iki gün əvvəl bıçaqlanmasından sonra süni nəfəs aparatından ayrıldığını, son dərəcə rahat olduğunu bildirib.

Bizimyol.info “Əl Cəzirə” kanlına istinadla xəbər verir ki, bu barədə Rüşdinin köməkçisi Andreyu Vayl yazıcının səhhəti ilə bağlı danışarkən bildirib. Xatırladaq ki, 75 yaşlı Rüşdinin qaraciyəri zədələnib, qolunda və gözündə sinirlər kəsilib.

Vayl bir müddət əvvəl bildirirdi ki, Rüşdü bu vəziyyətdə bir gözünü itirə bilər. Qeyd eədk ki, Hindistanda müsəlman ailəsində doğulmuş, Britaniya və ABŞ-da yaşamış Rüşdi 1981-ci ildə Buker mükafatına layiq görülmüş “Gecəyarısı uşaqları” romanı ilə başlayan və Hindistanın o vaxtkı baş naziri İndira Qandini kəskin tənqid edən sürreal və satirik nəsri ilə tanınır.

Rüşdünün sehrli realizmlə bəzədilmiş 1988-ci ildə çap edilən “Şeytan ayələri” romanın elementləri bəzi müsəlmanların qəzəbinə səbəb olmuşdu. Ayətullah Ruhullah Xomeyni 1989-cu ildə Rüşdinin ölümünü tələb edən dini fərman vermişdi. Kitab artıq Hindistan, Pakistan və başqa yerlərdə qadağan edilmiş və yandırılmışdı.

Xomeyni həmin il vəfat etdi, lakin hələ də fərman qüvvədə qalır. Qeyd edək ki, Rüşdi iki gün əvvəl Nyu-York ştatının qərbindəki tədbirdə çıxış edərkən bir nəfər səhnəyə qaçaraq onu dəfələrlə bıçaqlayıb.

Hücum edən şəxs 24 yaşlı Hadi Matar, Nyu-Cersi ştatının Fairview şəhərində polis nəzarətinə götürülüb. O, şənbə günü məhkəmə qarşısına çıxarılıb. Hadi Matar prokurorun "məqsədli, əvvəlcədən planlaşdırılmış hücum" adlandırdığı adam öldürməyə cəhd ittihamı ilə özünü təqsirli bilməyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »