Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya əhalisinin sayı 8 milyardı keçdi
Dünya əhalisinin sayı 8 milyardı keçdi

Bu günə olan məlumata görə, Yer kürəsində insanların sayı 8 milyard nəfəri keçib və artmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Countrymeters” statistik xidməti məlumat verib. Qeyd edilib ki, planetdə hal-hazırda insanların sayı təxminən 8,009 milyard nəfərdir.

Onlardan  4,041 milyard nəfər kişi, 3,968 milyard nəfər isə qadındır. Yəni Yer kürəsində kişilər qadınlardan 1% çoxluq təşkil edir. Əhali  50,5%  kişilər və 49,5% qadınlardan ibarətdir.

Məlumata görə, ilin əvvəlindən planetdə 99 milyon insan, avqustun 14-də yarım milyona yaxın uşaq dünyaya gəlib. Bununla yanaşı, ilin əvvəlindən 38,5 milyon, son sutka ərzində isə 149 min nəfər dünyasını dəyişib.

Xidmət məlumatlarında qeyd edilir ki,  ən çox insan bu ölkələrdə yaşayır: Çin 1,456 milyard, Hindistan 1,418 milyard, ABŞ 336 milyon, İndoneziya 281 milyon, Pakistan 230 milyon, Nigeriya 218 milyon, Braziliya 216 milyon, Banqladeş 169 milyon, Rusiya 146 milyon və Meksika 132 milyon.

Xatırladaq ki, bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının analitikləri dünya əhalisinin yalnız 2022-ci il noyabrın 15-də 8 milyard nəfərə çatacağını proqnozlaşdırmışdılar.

BMT-nin hesabatında həmçinin dünya əhalisinin əsrin sonunda - 2086-cı ildə pik həddə çatacağı və 10,4 milyard nəfərdən bir qədər çox olacağı proqnozlaşdırılır.

Eyni zamanda, Çində əhalinin artımının əhəmiyyətli dərəcədə yavaşlaması və 2025-ci ilə qədər azalmağa başlayacağı gözlənilir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »