Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa Ukrayna münaqişəsinin qurbanına çevrilib"
"Avropa Ukrayna münaqişəsinin qurbanına çevrilib"

Avropa Ukrayna münaqişəsinin qurbanına çevrilib və ABŞ-ın hərəkətləri səbəbindən böhranın nəticələrindən əziyyət çəkir.

ABŞ-ın  bu hərəkətləri eyni zamanda Vaşinqtonla Brüssel arasında münasibətlərin korlanmasına səbəb olur.

Bizimyol.info xəbər verir ki,  bunu Çinin “Global Times” qəzetinə yazdığı məqalədə köşə yazarı Syue Liu deyib.

“Avropa ölkələri Ukraynadakı münaqişənin qurbanına çevriliblər.  Onlar enerji böhranı və kəskin qiymət artımı ilə üzləşirlər. Bununla yanaşı, Avropa ölkələrinin iqtisadiyyatları siyasi və sosial qeyri-sabitliyə səbəb ola biləcək tənəzzül mərhələsinə qədəm qoyub”,- deyə Liu bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətə görə Avropa ABŞ-ın Rusiya və Çindən Qərbə təhdidlə bağlı bəyanatlarını şübhə altına almağa başlayıb.

Müəllif yazısında Müşahidəçi Pekin Xarici Tədqiqatlar Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin professoru Şuo Vanqın fikrilərinə istinad edərək, qeyd eidb ki,   Amerika Birləşmiş Ştatları Avropa ölkələrinin ABŞ ilə ittifaq sistemini qorumaq üçün öz maraqlarını qurban verə bilcəyini istisna edir.

Müəllif vurğulayır ki, Rusiya Avropa üçün diqqətdən kənarda qalmayan qonşudur, Çin isə ən mühüm bazardır.

“Bu ssenaridə Amerikanın Çin və Rusiya təhdidləri ilə bağlı təbliğatı çətin ki, uğurlu olsun. Vaşinqton Moskva və Pekinə nə qədər düşmən kimi baxırsa, müttəfiqləri öz ətrafında birləşdirmək də bir o qədər çətindir”,- deyə Liu yekunlaşdırıb.

Avqustun 13-də ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ-ın Rusiya və Çinlə müharibə astanasında olduğunu bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyətinin bu vəziyyətdə edə biləcəyi yeganə şey gərginliyi artırmaq deyil, vəziyyətin həlli üçün variantlar axtarmaqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »