Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşdiyə hücum edən adamın "əli öpülməlidir”
Rüşdiyə hücum edən adamın "əli öpülməlidir”

Nyu-Yorkda yazıçı Salman Rüşdini bıçaqlamaqda günahlandırılan 24 yaşlı Hadi Matar sosial mediada İİKK üzvləri ilə birbaşa əlaqə saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "VICE World News" Avropa və Yaxın Şərq kəşfiyyatının nümayəndələrinə istinadən məlumat verib.

Mənbələrdən biri deyib ki, hücumdan əvvəl Matar “ya birbaşa Qüds Qüvvələrinə bağlı olan, ya da onunla müttəfiq olan” insanlarla əlaqə saxlayıb.

Anonimlik şərti ilə danışan rəsmi deyib: "İştirakın miqyası, bunun birbaşa dəstəkli sui-qəsd cəhdi olub-olmaması, yoxsa hədəfə yönəldilməsi ilə bağlı bir sıra təkliflər və göstərişlər olub-olmaması aydın deyil".

"VICE World News" qeyd edir ki, Rüşdiyə hücumda İran rəsmilərinin əli olduğuna dair heç bir sübut yoxdur. İstintaq davam etdiyi üçün kəşfiyyat mənbələri hesabatların mahiyyəti barədə ətraflı məlumat verməkdən imtina ediblər. Əlaqənin kim tərəfindən başladığı, nə vaxt baş verdiyi və nədən danışıldığı da məlum deyil.

"Nyu-Yorkda keçirilən tədbir zamanı Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdiyə bıçaqla hücum İran mətbuatında da geniş işıqlandırılıb. İran mətbuatı Salman Rüşdiyə hücum edən şəxsi tərifləyib və xəbəri “Mürtəd yazıçı Salman Rüşdiyə bıçaqla hücum” başlıqları ilə açıqlayıb. Baş redaktoru birbaşa İranın dini lideri tərəfindən təyin edilən “Keyhan” qəzeti hücumu “Nyu-Yorkda mürtəd və şər yazar Salman Rüşdiyə hücum edən şəxsi min dəfələrlə təbrik edirik” başlığı ilə verib",- deyə xarici mətbuat yazır.

Hücumla bağlı xəbərdə “Allahın düşməninin boynunu qıran adamın əli öpülməlidir” ifadəsi yer alıb.

Xatırladaq ki, Salman Rüşdi İslam dəyərlərini təhqir edən kitab yazdığına görə müsəlman düynasının etirazlarına səbəb olub. Bir sıra din xadimləri onun ölümünə fitva verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »