Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Serbiya və Kosovonun qarşılıqlı ittihamlarından narahatdır
Aİ Serbiya və Kosovonun qarşılıqlı ittihamlarından narahatdır

Serbiya və Kosovodakı yüksək vəzifəli siyasətçilər təxribat xarakterli bəyanatlarının səbəb olduğu hər hansı eskalasiyaya görə məsuliyyət daşıyacaqlar. Bu regionda gərginliyin artmasına və ola bilsin ki, zorakılığa səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında vurğulanır.

Qeyd olunub ki, son günlərdə Kosovo və Serbiya rəsmiləri arasında qızışdırıcı ritorikanın artması, xüsusən Qərbi Balkanlarda müharibə və münaqişə ilə bağlı bəyanatlar böyük narahatlıq doğurur.

Sənəddə vurğulanır ki, bütün açıq suallar Aİ-nin yardımı ilə Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması üzrə dialoq çərçivəsində həll olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »