Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda ticarət mərkəzində partlayış nəticəsində 1 nəfər ölüb, 51 nəfər yaralanıb
İrəvanda ticarət mərkəzində partlayış nəticəsində 1 nəfər ölüb, 51 nəfər yaralanıb

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

***

saat 17.28

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

saat 17.15

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ticarət mərkəzinin binasının üç tərəfindən uçmaq təhlükəsi var. Pirotexnika mallar hələ də partlamağa davam edir.

***

saat 15.47

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

***

saat 14.54

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

Şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.

İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

***

saat 14.07

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »